Putinlə Obamanın yarım saat çəkən qapalı görüşü

Parisdə ABŞ və Rusiya prezidentlərinin görüşü olub.

Barak Obama ilə Vladimir Putin beynəlxalq iqlim konfransı çərçivəsində görüşüblər.

Bağlı qapılar arxasında keçirilən görüş təxminən 30 dəqiqə çəkib.

Qeyd edək ki, bundan əvvəl belə bir görüş nəzərdə tutulmamışdı.

Obama ilə Putin sonuncu dəfə iki həftə bundan əvvəl "G20" ölkələrinin Antalyada keçirilən sammiti çərçivəsində görüşmüşdülər. Bu görüş qeyri-rəsmi xarakter daşıyırdı.

Tərəflər arasında son rəsmi görüş isə bu il sentyabrın sonunda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammiti çərçivəsində olub.

Qeyd edək ki, Ukraynanın ötən ilin martında Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki münaqişədən sonra tərəflər arasında münasibətlə kəskin soyuqlaşıb.

ABŞ və digər qərb ölkələri buna görə Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar