Obama Su-24-ün vurulmasını bir kəlmə ilə şərh etdi -Danışıqlarının detalları açıqlanıb

Vladimir Putin və Barak Obama görüş zamanı bir neçə məsələni müzakirə edib. ANS PRESS-in məlumatına görə, liderlər Suriya və Ukrayna münaqişələrini, Su-24 bombardmançı təyyarəsinin vurulması ətrafında fikir mübadiləsi aparıblar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Obama Su-24 insidentinə görə, təəssüfləndiyini bildirib.

Suriya məsələsinə gəlincə, prezidentlər bildiriblər ki, münaqişə siyasi yolla həll edilməlidir. Obama və Putin Ukrayna münaqişəsinin həlli üçün Minsk danışıqlarının tezliklə reallaşdırılmasının vacibliyini vurğulayıb.

Reuters agentliyi isə Ağ Evə istinadən xəbər verir ki, qapalı keçən görüşdə Obamanın Putindən tələbi olub.

Xəbərə görə, Obama Putindən Suriya prezidenti Bəşər Əsədin münaqişənin nizamlanması çərçivəsində vəzifəsindən getməsini tələb edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar