“Türkiyə prezidenti ilə görüşmədim” - PUTİN

Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi konfransında türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanu görmədiyini və onunla görüşmədiyini söyləyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putinə Parisdə keçirilən mətbuat konfransında türkiyəli həmkarını görməsi və görüşməsi ilə bağlı sual ünvanlanıb.

"Türkiyə prezidentini görmədim və təbii ki, onunla görüşmədim",deyə Rusiya prezidenti suala cavabında bildirib.

O, keçirdiyi bütün ikitərəfli görüşlərdə Türkiyə tərəfindən vurulan Su-24 təyyarəsi ilə bağlı müzakirələr apardığını söyləyib: "Keçirdiyim görüşlərdə Rusiya təyyarəsinin Türkiyə üçün təhlükə daşımadığı fikri öz təsdiqini tapıb".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar