Rusiya yumşalır: Türkiyəli tələbələr qoruma altına alındı

Türkiyənin Rusiya döyüş təyyarəsini vurmasından sonra Ankara ilə Moskva arasında yaşanan gərginlik Rusiyada oxuyan türkiyəli tələbələrin də narahatlığına səbəb olub. Rusiya hökuməti gənclərin baş verənlərdən təsirlənməməsi üçün əlavə tədbirlər həyata keçirir.

Rusiya təhsil naziri Dimitri Livanov RİA Novosti-yə açıqlamasında bildirib ki, Rusiyada təhsil alan Türkiyə vətəndaşı olan gənclərin bu hadisədən təsirlənməməsi üçün əlavə tədbirlər görülüb: “Bizdə təhsil alan Türkiyə vətəndaşı olan tələbələrə yönəlmiş heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Əksinə bütün üniversitetlərimizə bildiriş göndərərək, türkiyəli tələbələrin qoruma altına alınması barədə təlimat vermişik”.

Rusiyada təxminən min nəfərə yaxın Türkiyəli tələbənin təhsil aldığını deyən nazir, bu günə qədər heç bir hadisənin yaşanmadığını vurğulayıb. Livanov, Türkiyədə təhsil alan rusiyalı şagird və tələbələrin sayının yüzdən artıq olmadığını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar