Putin dedi, Ərdoğan dərhal cavabını verdi 

Putin-Erdogan-jpgTürkiyə ilə əlaqələrimizin inkişafı üçün əlimdən gələni etdim. Lakin son olaylar məni çox məyus etdi.Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Fransanın paytaxtı Parisdə baş tutan Beynəlxalq İqlim Sammiti çərçivəsində deyib.

O, sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmədiyini bildirdi: “Hər iki tərəf üçün çox pis oldu. Şəxsən mən bu olaydan sonra dərindən sarsıntı keçirdim. Güman edirik ki, İŞİD terrorçuları bu bölgədən neft daşıyır. Məhz terrorçuların rahat neft daşıması üçün Su-24 vuruldu”.

Ərdoğanın Putinə cavabı gecikməyib: "Əgər İŞİD-dən neft aldığımız sübut edilərsə, mən bu postda qalmaram. Cənab Putindən soruşuram, Siz bu vəzifədə qalarsınızmı?".

Türkiyə Prezidenti bildirib: "Türkiyənin İŞİD-dən neft aldığını demək əxlaqi sözlər deyil. Burada çox iddialı məsələni qaldırıram. Əgər bu, sübut edilərsə, mən bu postda qalmaram. Putindən də soruşuram, Siz bu postda qalarsınız, ya yox?".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar