“Türkiyə Putinin “köpünü” aldı” - Zbiqnev Bjezinski

«Rusiya təyyarəsini türklər yox, amerikalılar vursaydı, Putin üçün bu «acı həbi udmaq» çox çətin olardı»

Ötən əsrin 70-ci illərində ABŞ prezidenti Cimmi Karterin təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş və bütün dünyada siyasi ekspert kimi böyük nüfuz qazanmış Zbiqnev Bjezinski Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra yaranmış vəziyyətlə bağlı sualları cavablandırıb. Bjezinskinin “Politico”ya müsahibəsini azadlıq.info-ya istinadən ixtisarla təqdim edirik:

– Tarixdə ilk dəfə olaraq, NATO üzvü olan ölkə Rusiya təyyarəsini vurdu. Bunun Rusiya ilə Qərb arasında münasibətlərin gərginləşməsi fonunda baş verdiyini nəzərə alsaq, bu məsələ nə dərəcədə narahıtlıq doğurur?

– Bu, ciddi gərginlikdir, amma ölümcül deyil. Müəyyən mənada, sağlam düşüncə qalib gəlsə, fikir ayrılığı, hətta faydalı da ola bilər. Özü də təkcə bu xoşagəlməz regional problemin həlli yox, həm də üç böyük dövlətin hökmranlığına əsaslanan qlobal sistemin yaratdığı daha ağır nəticələrin qarşısını almaq baxımından.

– Niyə hesab edirsiniz ki, bu mümkündür?

– Hesab edirəm ki, Qərb Yaxın Şərqdən son xəbərə kifayət qədər sakit reaksiya verdi. Eyni zamanda, Rusiya qırıcısının vurulmasından sonra səslənən hədələrə əhəmiyyət vermədi. Bundan başqa, ruslar özləri də necə deyərlər, dərindən düşünəndən sonra anladılar ki, gərginliyin kəskinləşməsi dalana dirənməkdir. Bunun yeganə nəticəsi ciddi qarşıdurma ola bilər ki, bu da Rusiyanı tamamilə təcrid olunmuş vəziyyətə salar. Tamamilə mümkündür ki, biz hazırda böyük güclər arasındakı münasibətlərdə anlaşmanın astanasındayıq. Bu təkcə Rusiya-Türkiyə insidenti ilə bağlı yox, həm də regionda zorakılığın qarşısının alınması üçün əməkdaşlıq baxımından əhəmiyyətlidir.

– Rusların Bəşər Əsədi dəstəklədiyi, amerikalıların isə onu devirməyə çağırdığı bir vaxtda Suriya ilə bağlı tərəfləri razı sala biləcək həll variantı mümkündümü?

– Suriyada Bəşər Əsədi qeyri-müəyyən uzun müddətə hakimiyyətdə saxlamağın Rusiyaya xüsusi faydası yoxdur. Eyni zamanda, onun dərhal hakimiyyətdən getməsi ABŞ-a da əhəmiyyətli üstünlük verməyəcək. Lakin hər iki böyük gücün ümumi marağı ABŞ-la Rusiya arasında ciddi qarşıdurmadan qaçmağı tələb edir.

– Siz oktyabr ayında “strateji cəsarət” nümayiş etdirməyə çağırırdınız, indi isə xeyli nikbinsiz…

– O vaxt yayılan məlumatlar göstərirdi ki, ruslar ABŞ-ın dəstəklədiyi yerli qruplaşmaları bombardmana məruz qoyurlar. Biz onlara bunun xoşagəlməz nəticələri barədə xəbərdarlıq eləməli idik və mənə elə gəlir ki, bunu etdik. Hesab edirəm ki, bu dəfə reaksiya təmkinli oldu. Putinin “köpü” alındı və o, problemin həlli yollarından danışmağa başladı. Türklər lazımınca israrlılıq və sərtlik göstərdilər, eyni zamanda, insidentin şişməməsinə çalışdılar. Beləliklə, baş vermiş hadisə fonunda tərəflər özlərini hələlik ağıllı aparır. Düşünürəm ki, Türkiyə üzərində təyyarəni türklər vurdu, biz yox, çünki bu halda, Putin üçün bu “acı həbi udmaq” çox çətin olardı.

– Rusiya üzrə bir sıra ekspertlər ehtimal edir ki, Putinin məqsədi Rusiyaya böyük güc statusunu qaytarmaqdır və bu məqsədə nail olmaq yolunda onu heç nə dayandıra bilməz…

– Ola bilsin, onun bu məsələlərə münasibəti rasional deyil. O, açıq-aşkar son xəbərlərdən qəzəblənmişdi. Amma məncə, o, qısa zamanda başa düşdü ki, böyük müharibəyə girməyəcəyi halda, gərginliyin artırılması ona xeyir gətirməyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar