Nardarana qazın verilişinin bərpası üzrə işlərə başlanılır

“Azəriqaz” İstehsalat Birliyi ötən gündən etibarən Nardaran qəsəbəsinə qazın verilişinin bərpası üzrə işlərə başlayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev deyib.

O bildirib: "Ötən gündən əməkdaşlarımız qəsəbə sakinlərinin evlərinə gedir və qazın alışı-satışı üzrə yeni müqavilələr imzalayırlar. Müqavilə əldə edilən zaman isə qaz bərpa edilir.

Nardarana cari ilin yayından qazın verilişi dayandırılıb.

Ə.Hacıyev qeyd edib ki, əvvəlki illərdə sakinlərlə borclarının ödənilməsi məsələsi ilə bağlı böyük problemimiz var idi: "Onların müraciəti üzrə yeni qaz sayğacları quraşdırdıq, lakin ötən ilin qışında sayğacların əksəriyyəti qırılmışdı və biz qazın verilişini dayandırmaq məcburiyyətində qaldıq. Biz yeni smart-sayğaclar quraşdıracağıq, balansın doldurulması zamanı məbləğin 30 faizi köhnə borcun, 70 faizi isə cari hesabın ödənilməsinə gedəcək. Bu abonentlərə bir neçə il ərzində borcu ödəməyə imkan verəcək, biz borcun dərhal ödənilməsini tələb etmirik".

O əlavə edib ki, “Azəriqaz”ın əməkdaşları qəsəbə ərazisinə buraxılmırdı, döyülmə halları var idi: “Əməkdaşların həyatını təhlükə altına sala bilməzdim. Əgər qəsəbə ərazisinə girişimiz təmin edilsə, qaz təchizatı ilə bağlı məsələ tez bir zamanda həll ediləcək”.

“Azəriqaz” rəhbərinin sözlərinə görə, Nardarana qazın verilişi 3 istiqamətdə həyata keçirilir və İB əməkdaşları qəsəbənin qaz sisteminin vəziyyətini öyrənirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar