Gəncə şəhər sakini özünü körpüdən atıb

Gəncə şəhər sakini özünü körpüdən çaya atıb.

APA-nın verdiyi məlumata görə şəhər sakini, 1960-cı il təvəllüdlü İspəndiyar Hüseynov burunun açıq qəlpəli sınığı və ayağın əzilməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə, əsəb xəstəliyindən əziyyət çəkən İ. Hüseynov bu gün səhər saatlarında şəhərin Mirzə Abbas Abbaszadə küçəsində, Gəncəçayın üzərində olan körpüdən özünü atıb və xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar