“Sputnik” xəbər agentliyi bütün işçilərini buraxdı

Azərbaycanda fəaliyyət göstərən “Sputnik” xəbər agentliyi bu gündən bütün işçiləri ilə əmək müqaviləsini dayandırıb.

Bu barədə Modern.az saytına redaksiyanın kollektivindən məlumat verilib. Bildirilib ki, agentliyin (“Sputnik.az” saytı) bütün əmədaşlarına işdən azad edildikləri elan olunub.

“Sputnik” xəbər agentliyi Bakıda fəaliyyətə 2014-cü il noyabrın 14-də başlayıb.

“Sputnik.az” Azərbaycan və rus dillərində yayımlanır.

“Sputnik.az” saytı Moskvada yerləşən "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin Azərbaycan təmsilçisidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar