Sevil Nuriyeva Ərdoğanın təyyarəsində Parisə uçdu

BMT-nin iqlim dəyişikliyi sammitində iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı müşayiət edənlər arasında tanınmış azərbaycanlı jurnalist Sevil Nuriyeva da var. Sevil Nuriyeva prezidentin təyyarəsində Parisə gedən tanınmış yazarlar və baş redaktorlar arasındadır.

Qeyd edək ki, bir neçə ildir Türkiyədə yaşayan Sevil Nuriyava qardaş ölkənin mediasında, gündəlik ictimai həyatında fəal iştirak edir. Hazırda, Türkiyənin məşhur media yayınlarında – “Star” qəzetində yazar, “24 TV”-də şərhçi kimi çalışan həmyerlimiz demək olar ki, hər gün müxtəlif televiziya proqramlarına, konfranslara qatılır. O çıxışlarında, hər zaman Azərbaycanın maraqlarını, Qarabağ həqiqətlərini, Güney Azərbaycan problemini də vaxtaşırı qabardır.

S.Nuriyeva Fransadan birbaşa Qətərə gedəcək R.T.Ərdoğanı müşayiət edən heyət içərisində də olacaq. (Moderator.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar