"Əldəqayırma deputat..." - Rəsulzadənin nəvəsi deputatı məhkəməyə verir

Bu il əlinə mandat verilən Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin bu şəhərdəki büstünə niyə çuval keçirildiyi barədə suala heç kimin gözləmədiyi tərzdə, səviyyəsiz bir cavab verib. Naqif Həmzəyev "Yeni Müsavat" qəzetinin əməkdaşına verdiyi cavabda Rəsulzadənin vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb.

Naqif Həmzəyev və ətarafındakılar “Rəsulzadə yaxşı kişi olsaydı arvadına sahib çıxardı” sözləri ilə Azərbaycan Demokratik Cumhuriyyətinin banısi ilə bağlı rus-erməni şovinistləri sayaq açıqlamalar veriblər.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin yeni deputatın açıqlamasına münasibəti isə kəskin olub. O, açıqlamasında deputatla məhkəmədə görüşəcəyini deyib: “Dediyi sözlərin hamısı onun özünə aiddir. Belə fikir səsləndirməsi həmin adamın tarixi bilməməsindən irəli gəlir. Təəssüf edirəm ki, belə savadsızlar deputat seçilib. O, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmədə cavab verməli olacaq”.

Deputatın “Rəsuzladə respublikanı Tiflisdə qurub qoy büstü də Tiflisdə olsun” fikirlərinə Rəis Rəsulzadə belə cavab verib: “O kimdir?! Prezidentdən çox bilir tariximizi?!

Ona sual etmək lazımdır ki, əldəqayırma deputat ölkə başçısından çox bilir?! Bu savadsız, kimliyi bilinməyən adam Heydər Əliyevə, İlham Əliyevə, alimlərə tarix öyrədəcək?! Dediklərinin hamısı məhkəmə müstəvisində həll ediləcək. Təhqirlərinə hüquqi qiymət veriləcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar