Nardaranda xəsarət alanlardan 3 nəfər hələ də xəstəxanadadır

Noyabrın 26-da Nardaran qəsəbəsində hüququ-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində yaralananlardan hələ də xəstəxanada qalanlar var.

Bu barədə Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov məlumat verib. Baş həkim bildirib ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər hələ də xəstəxanada müalicə alır. Yaralıların vəziyyəti normaldır və həyatı təhlükəsi yoxdur.

Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Nardaranda keçirdikləri əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər öldürülüb, bir neçə nəfər isə yaralı vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar