Aqil Ələsgər Türk telekanalında Gülənin Azərbaycan fəaliyyətindən danışdı – Video

Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər Türkiyənin nüfuzlu telekanallarından “Ülke TV”nin canlı yayın qonağı olub. “Axşama doğru” Xəbərlər proqramında Azərbaycan və Rusiyadakı Fətullah Gülən Şəbəkəsi ilə bağlı danışan A.Ələsgərin qələmə aldığı “Terrorun Gülən üzü” kitabı da geniş müzakirə olunub.

“Gülən üçün Azərbaycan Türkiyədən daha önəmlidir” deyən Aqil Ələsgər bildirib ki, “Şəbəkə üçün bura Rusiya və Orta Asiyaya giriş qapısıdır”.

Azərbaycanda Gülən Şəbəkəsinə qarşı mübarizədən də danışan A.Ələsgər qeyd edib ki, “Azərbaycan prezidenti bu məsələdə Türkiyə prezidenti Ərdoğanla həmfikirdir və onlara qarşı mübarizə aparmaqdadır. Lakin bu dini deyil, agentura şəbəkəsi olduğundan mübarizə asan deyil. Bəzən dövlət içərisindəki müridləri vasitəsilə özlərini gizlətməyə müvəffəq olurlar”.

İSTEKKAqil Ələsgər fətullahçıların onu məhkəməyə verməsindən də bəhs edib: “Azərbaycandan deport olunan Gülənin “Bank Asya”sının ortağı Ənvər Özərən  Qafqaz Universiteti ilə birlikdə məni məhkəməyə verib. Türkiyədə azad sözə basqıdan danışanla Azərbaycanda onları ifşa edənləri bütün yollarla susdurmaq istəyirlər”.

Xatırladaq ki, sabah 11.00-da Səbael rayon Məhkəməsində Ənvər Özərən, Qafqaz Universiteti və “Çağ Öyrətim” MMC-nin Yenicag.az və Aqil Ələsgərə qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prossesi keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar