​ABŞ və Türkiyə prezidentlərinin görüşü başa çatıb

Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı (COP-21) çərçivəsində ABŞ prezidenti Barak Obama ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş bir saat sürüb.

Görüş zamanı tərəflər Suriyadakı vəziyyəti, terrora qarşı birgə mübarizə və Türkiyənin sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsi ətrafında yaranan durumu müzakirə ediblər.

Media üçün qapalı olan görüşdən sonra iki ölkənin liderləri birgə mətbuat konfransı keçiriblər.

Mətbuat konfransında Barak Obama deyib ki, döyüş təyyarəsi vurulduqdan sonra Rusiyanın Türkiyə ilə birlikdə fəaliyyətinin perspektivini müzakirə ediblər: "Biz Türkiyənin özünü müdafiə hüququnu dəstəkləyirik. İki ölkə arasında gərginliyin diplomatik yollarla həllindən danışdıq".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Rusiya təyyarəsinin vurulduğu ərazidə terrorçu İŞİD qruplaşması yoxdur. R.T.Ərdoğan vurğulayıb ki, Rusiya ilə ölkəsi arasındakı gərginlyin diplomatik yolla həllinə tərəfdardılar: "Biz iki ölkə arasında gərginliyin azaldılmasının tərəfdarıyıq".

Qeyd edək ki, forumun işində 150-yə yaxın dövlət və hökumət başçısı, o cümlədən ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Çin prezidenti Si Tszinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və başqaları iştirak edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar