“Sağlam Yaşa” Balakəndə tədbir keçirib - Fotolar

“Sağlam Yaşa” Gənclərin Maarifləndirliməsi İcitmai Birliyi 27 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Balakən rayon Nizami Gəncəvi adına bir nömrəli tam orta məktəbində “İctimai nəqliyyatda, parklarda və insanların ümumi istifadəsində olan digər yerlərdə ictimai davranış qaydalarına dair əhalinin maarifləndirilməsi” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə Balakən Rayon İcra Hakimiyyətinin Nümayəndəsi Fariz Nəcəfov açaraq mövzu haqqında geniş məlumat verib. Problemin həllinə kömək üçün ictimai fəaliyyət, insanlar arasında təbliğat, KİV-də bu istiqamətdə məqsədyönlü fəaliyyət, məktəblərdə, məscidlərdə, iş yerlərində ictimai davranış mədəniyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyətlərin göstərilməsi əsas vasitələrdən biri hesab olunub. Tədbirdə Rayonun bir necə məktəbinin şagirdləri fəal iştirak ediblər. Şagirdlərdən Fatimə, Sədrəddin və Rəvan çıxış edərək problemin həlli yolları üçün öz təkliflərini irəli sürüblər. Tədbirdə iştirak edən fəal şagirdlər İctimai Birliyin xüsusi hədiyyələri ilə mükafatlandırılıblar. Sonda tədbir iştirakçılarına mövzunu əhatə edən buklet, papaq və köynəklər paylanıb.

[gallery columns="5" ids="174471,174472,174473,174474,174475"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar