Azərbaycana çağırılan səfir və konsullara yeni vəzifələr verilir

Ölkə başçısının bir neçə gün öncə geri çağırdığı bəzi səfir və konsulların yaxın vaxtlarda yeni diplomatik missiyalarla vəzifələndiriləcəkləri gözlənilir.

Bu barədə Modern.az saytına diplomatik mənbələrdən məlumat daxil olub.

Əldə etdiyimi məlumatda bildirilir ki, Türkiyənin İstanbul şəhərindəki baş konsul vəzifəsindən geri çağırılan Həsən Zeynalov Azərbaycanın Türkmənistan Respublikasındakı səfiri təyin olunacaq.

Qazaxıstanın Aktau şəhərindəki baş konsul vəzifəsindən geri çağırılan Rəşad Məmmədov isə Azərbaycanın Qazaxıstan Respublikasının səfiri vəzifəsinə təyinat alacaq.

Məlumata görə, bir sıra səfir və konsulların yerdəyişməsi olacaq ki, bunlardan biri də Azərbaycanın Küveytdəki səfiri Tural Rzayevdir (Yazıçılar Birliyinin sədri Anarın oğlu-red.). Onun Misirə səfir göndəriləcəyi gözlənilir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar