Belçika da rusları bu ölkəyə buraxmadı - “Türklər var, ruslar gəlməsin”

Rusiya və Türkiyə arasında yaşanan təyyarə böhranı Belçikaya sıçrayıb. Belə ki, dekabrda 9-da Çempionlar Liqası çərçivəsində keçiriləcək “Gent”-“Zenit” oyunundan əvvəl, rus azarkeşlərə xəbərdarlıq olunub. Gent bələdiyyə başçısı Daniel Termont rus azarkeşlərin stadiona buraxılmayacağını bildirib. O, bunun təhlükəsizliklə bağlı olduğunu vurğulayıb. Termont, Belçikada təxminən 200 min türk yaşadığını, bu səbəbdən rus azarkeşlərlə qarşıdurma ehtimalının böyük olduğunu bildirib: “Burada çox sayda türk var. Belçikaya gəlməyin, stadiona buraxmayacağıq”.

Rusiyanın idman naziri Vitali Mutko Gent bələdiyyəsinin qərarını qəbul etmədiklərini bildirib və olayla bağlı UEFA-ya müraciət etdiklərini deyib: “Bu normal deyil. UEFA və FIFA qaydalarına görə stadion tutumunun 10% -i qədər bilet qonaq komandaya verilməlidir. Rus azarkeşlər Belçikaya gedəcək. UEFA-dan təhlükəsizlik zəmanəti istəyirik. Əgər təhlükəsizliyin təminatı ilə bağlı problem varsa, oyun neytral zonada oynanılsın”, deyə nazir bildirib.

UEFA-dan isə “Gent”-“Zenit” oyununun neytral zonada oynanılmasının müzakirə olunmadığını bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar