AMEA işçilərinin say həddi müəyyən olundu - 11200 nəfər

Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının strukturunu və işçilərinin say həddini təsdiq edib. Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən işçilərinin say həddi 11200 ştat vahidi təsdiq edilib.

AMEA-nın strukturuna AMEA Rəyasət heyətinin Aparatı, AMEA-nın büdcədən maliyyələşdirilən elmi müəssisələri, Naxçıvan bölməsinin Aparatı. Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr: Gəncə bölməsinin Aparatı. Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr: Azərbaycan Milli Elmlər Akademiyasının təsərrüfat-hesablı elmi xidmət müəssisələri daxildir.

AMEA-nın büdcədən maliyyələşdirilən elmi müəssisələri siyahısına Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu, Geologiya və Geofizika İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Təbiət Tarixi Muzeyi, Neft və Qaz İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi, Botanika İnstitutu, Zoologiya İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Dendrologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Eroziya və Suvarma İnstitutu, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə və Hüquq İnstitutu, İqtisadiyyat İnstitutu, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu; Folklor İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Lənkəran Regional Elmi Mərkəzi, Şəki Regional Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, “Elm” Nəşriyyatı daxildir.

Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondudur.

Yeni struktura görə, Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr isə Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Aqrar Problemlər İnstitutu, Humanitar Tədqiqatlar İnstitutu, Diyarşünaslıq İnstitutu, Nəbatat Bağı və Nizami Gəncəvi Mərkəzidir.

Bundan başqa, AMEA-nın təsərrüfat-hesablı elmi xidmət müəssisələri isə Təcrübə-Sənaye Zavodu, “Kibernetika” Elmi İstehsalat Birliyi, “Nafta” Elmi İstehsalat Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi, “Kompozit” Elmi İstehsalat Birliyidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar