Yerevanda etiraz aksiyası keçirilir

Ermənistanın bölgələrindən gələnlərin konstitusiya islahatına qarşı Yerevanda keçirilən mitinqdə iştirakına mane olurlar.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda aksiyanın təşkilatçısı olan "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahı məlumat yayıb.

Məlumata görə, bölgələrdən Yerevana gedən avtobuslar marşrutlardan çıxarılır. Aksiya bu gün saat 18:00-da başlayacaq.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda yeni konstitusiya ilə bağlı referendum keçiriləcək. Dekabrın 1-də isə "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi hakimiyyətin istefası tələbilə müddətsiz etiraz aksiyası keçirməyi planlaşdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar