"ABŞ, Rusiya-Türkiyə krizində Ərdoğanı dəstəkləyir" - Obama

Fransanın paytaxtı Parisdə BMT-nin 21-ci İqlim Dəyişikliyi Konfransı çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ rəhbəri Barak Obama bir araya gəlib.Musavat.com xəbər verir ki, təxminən 1 saat davam edən görüş ABŞ-ın Parisdəki daimi nümayəndəliyində baş tutub.

Hər iki lider görüşdən sonra mətbuat konfransında açıqlama verib.

Obama Türkiyə-Rusiya krizində Ərdoğanın haqlı olduğunu bildirb: “ABŞ Türkiyənin özünü və hava ərazisini müdafiə haqqını dəstəkləyir ”.

Obama Türkiyə və Rusiyanın yenidən birlikdə işləməsi, təzyiqin düşməsi və məsələnin həlli yolunda diplomatik addımlar atmalı olduğunu da sözlərinə əlavə edib.

Prezident həmçinin Türkiyənin qaçqın böhranında əlindən gələni etdiyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar