İlham Əliyev Vasif Talıbovla birgə düyməni basdılar - FOTO

Dekabrın 1-də muxtar respublikaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Layihənin baş planı ilə tanış olan dövləti başçısının diqqətinə çatdırıldı ki, Naxçıvanda şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tikintisi Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında kredit sazişinə əsasən həyata keçirilib. 2010-cu ilin mayında başlayan tikinti işləri yüksək səviyyədə yerinə yetirilib. Görülmüş işlər çərçivəsində 224.790 metr uzunluğunda şəhərdaxili su şəbəkəsi tikilib, 21.207 ev birləşməsində sayğaclaşma işləri görülüb. Şəbəkə üzərində 905 yanğın hidrantı quraşdırılıb. Bununla da Naxçıvan şəhər əhalisinin içməli suya tələbatı 100 faiz təmin olunub.

Qeyd edildi ki, layihənin mühüm tərkib hissəsi olan şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri də uğurla icra olunub. Layihə çərçivəsində 219.040 metr uzunluğunda kanalizasiya xətləri çəkilib. Bu da 20.795 ev birləşməsini əhatə edib.

Sonra Prezident İlham Əliyevə layihənin icrasında istifadə olunan tikinti materialları, xüsusilə də borular haqqında məlumat verildi. Bildirildi ki, həm su, həm də kanalizasiya şəbəkəsinin qurulması zamanı bütün köhnə xətlər yeniləri ilə əvəz olunub və yüksək keyfiyyətli borulardan istifadə edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsini bildirən düyməni basdılar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar