"Vilayət Eyvazov kənddə 15-20 adamla görüşüb" - Nardaran ağsaqqalı

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov "Azadlıq" radiosuna açıqlamasında kənddəki son vəziyyət barədə məlumatlar verib.O deyib ki, Daxili Qoşunlar kənddən çəkilib:

-Amma bəzi yerlərdə polis postları hələ də qalır. Yəqin sabah tamam çıxıb gedərlər.

- Kənddə işıqlar yandımı?

- Yox, işıqlar yanmayıb. İnşallah, yanar. 42 milyon manat borcumuz var, amma 42 milyonumuz yoxdur. Prezidentə müraciət edəcəyik.

- Polisin əməliyyatı zamanı nə qədər adam saxlanıb?

- Xeyli adamdır. 19-a qədər adamdır. Adlarını sabah açıqlayarıq, bəlkə sabah araşdırılıb buraxılsın. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov kənddə 15-20 adamla görüşüb. Deyib bizdə məlumat var ki, kimlərdəsə silah var, gətirin, təhvil verin. Mən də eyni şeyi deyirəm ki, kimdə silah var, aparınb təhvil versin. Bizə silah lazım deyil. Azərbaycanın kifayət qədər qoşunu var, silahı var. Nardaranda heç kəsə silah lazım deyil.

​- Kənddə evlərdə axtarış aparılıb və bəzilərində silah tapıldığı deyilir.

- Camaatın evində axtarış aparılıb. Kimin evindən silah tapılıb, kim təsadüfən saxlanıb, səhər açıqlama verərlər yəqin ki.

- Sizin evdə axtarış aparıldımı?

- Mənim evimdə niyə axtarış aparılsın? Allaha şükür ki, məndə bir şey yoxdur, elə bir qələt eləməmişəm, eləmərəm də. Bilsəm ki kiminsə evində silah var, alıb təpəsinə vuraram, aparıb təhvil verərəm. Kimdəsə silah varsa, aparıb təhvil versin, özünü də məsuliyyətdən azad etsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar