“İŞİD sıralarında 20-30 min silahlı var” - Pentaqon

İŞİD terror qruplaşmasının sıralarında 20 mindən 30 minədək silahlı var. Musavat.com-un məlumatına görə, bu barədə dekabrın 1-də ABŞ Konqresində keçirilən dinləmələrdə Pentaqon rəhbərləri bildiriblər.

“Bizim qiqymətləndirməmizə görə, söhbət 30 mindən gedir” - deyib müdafiə naziri Eşton Karter. Lakin onun sözlərinə görə, bu yalnız qiymətləndirmədir. Karter onu da əlavə edib ki, söhbət “müxtəlif məsuliyyət səviyyələrində olan adamlardan” gedir.

Öz növbəsində ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin başçısı, general Cozef Danfor belə bir dəqiqləşdirmə edib ki, “silahlıların daimi sayı 20-30 min arası dəyişir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar