Əsəd Suriyanın əsas məqsədlərini açıqladı

GTY_bashar_al_assad_damascus_tk_130829_16x9_608Suriya prezidenti Bəşər Əsəd Çexiya televiziyasına müsahibəsində terrorçuluq üzərində qələbə, dünyəvi dövlətin qorunub saxlanılması və suriyalıların maraqlarına uyğun siyasi islahatların həyata keçirilməsinin Suriyanın əsas məqsədləri olduğunu bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onun 10 il sonra Suriyanı necə təsəvvür etməsinə dair suala cavabında Bəşər Əsəd terror üzərində qələbənin ən əsas və alternativsiz məqsəd olduğunu qeyd edib: “İkinci əsas vəzifə dünyəvi cəmiyyətin qorunub saxlanılması, üçüncü məqsəd isə - Suriya vətəndaşlarının maraqlarına uyğun şəkildə lazımi siyasi islahatların həyata keçirməkdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar