Pərviz Həşimlinin işi ilə bağlı mətbuat konfransı olacaq

Sabah saat 12:00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimlinin vəkilləri və qohumları onun həbsi ilə

bağlı mətbuat konfransı keçirəcəklər. Bu barədə RATİ-dən verilən məlumatda bildirilir.

Qeyd edək ki, P.Həşimli dünən MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Ona qarşı qaçaqmalçılıq və qanunsuz silah saxlamaq ittihamları irəli sürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar