“GÜNƏŞLİ” YATAĞINDA YANGIN- "29 nəfər hələ də tapılmayıb" - VİDEO

"Təəssüflər olsun ki, bütün cəhdlərə baxmayaraq, SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb". "APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 23:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir. Axtarış tədbirləri yalnız gəmilərlə aparılır, hava işıqlanan kimi helikopterlər də axtarış tədbirlərinə qoşulacaqlar", - deyə B. Ağarəhimov bildirib.

Baş mühəndis əlavə edib ki, SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi dənizdəki qərargah 5 nömrəli platformadan "Nefteqaz-62" gəmisinə köçürülüb: "Qərargah 10-cu özülə nisbətən də yaxınlaşıb. Artıq dizel generatoru vasitəsilə 10-cu özülün müəyyən hissəsinə enerji vermək mümkün olub. Orada projektorlar qurulub, təmir briqadaları işlərin böyük hissəsini görüblər. Paralel olaraq qonşu özüllərdə xüsusi tərtibatların hazırlanması işləri gedir. Yanğının söndürülməsi prosesi platformanın üzərində aparılacaq. SOCAR prezidentinin göstərişinə əsasən, sabah, günün birinci yarısı qərargah özülün üzərinə köçürüləcək".

O qeyd edib ki, hazırda yanğının söndürülməsi prosesində 5 gəmi iştirak edir.

**************

“Həmin gün çox güclü külək əsirdi. Küləkli hava uzun müddət davam edib – təxminən 27 saat. Bu da dalğaların hündürlüyünü artırıb. Qaz quyularından 10-cu platformaya gələn kəmər dalğanın gücünə davam gətirməyərək partlayıb”.Virtualaz.org saytı xəbər verir ki, bunu hazırda mətbuat konfransı keçirən SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

“Günəşli” platformasındakı yanğının səbəblərini izah edən X.Yusifzadənin sözlərinə görə, həmin qaz kəmərinin partlaması da yanğına səbəb olub: “İşıqlar sönüb və adamlar özlərini itirib. Bununla belə neftçilər yenə də təlimata uyğun olaraq öz işlərini görüblər. Qayıqlardan istifadə edib azad olublar. Qayıqların birində 26, digərində 32 adam olub. Onlar gələn xilasedici qayıqları gözləsələr də dalğanın hündürlüyü xiladedicilərin yaxınlaşmasına imkan verməyib”.

Xöşbəxt Yusifzadə deyib ki, dekabr ayının 4-də güclü külək baş verib və küləyin sürəti saniyədə 38-40 metrə çatıb və çox davam edib: “Adətən külək 4-5 saat dava edir, bu dəfə isə külək 27 saatdan artıq davam etdi.Buna görə də dənizdə ləpənin hündürlüyü 8-10 metrə çatdı. Bu vəziyyətdə patformaya gələn qaz kəmərində partlama baş verib. Platformada olan insanlar qayıqlara minib xilas olmağa çalışıb”. 

X.Yusifzadə qeyd etdi ki, axşam saat 22:30 radələrində qayıqlardan biri dənizə düşüb və partlayıb. Onun içindəki insanlar isə dənizə düşüb. Onların qoruyucu jiletləri olsa da gecə onları görüb xilas etmək çətin olub və yalnız 3-nü xilas ediblər, qalanların axtarışı davam edir. Digər qayıqdakıların hamısı isə xilas olub: “Qayıqda olanlardan 3 nəfəri batıb, 26 nəfər isə xilas olub. İndi əsas vəzifə yanğını södürmək və itən insanları tapmaqdır. Hazırda Fövqəladə Hallar Nazirliyi ilə birdə axtarışlar davam edir.

Hadisə ilə bağlı yaradılmış komissiya öz işinə başlayıb və davam etdirir.

Bu gün matəm günü elan olunub. İnsanın xöşbəxt günləri olanda, pis günləri də olur. Həyatda insandan qiymətli bir şey yoxdur. Əgər insan itirmisənsə, həyatda bundan pis gün yoxdur.

Dalğa və külək güclü olduğu üçün gəmilər bir kəmərdə olan yanğını söndürə bilməyib və yanğın digər quyuya da keçib”

“Dövlər Neft Şirkəti əlindən gələni edir. Hazırda SOCAR prezidenti Rövnəq Abdullayev də hadisə yerindədir” – deyə Xoşbəxt Yusifzadə əlavə edib.

Hazırda 29 nəfərin itkin sayıldığını və onların tapılması istiqamətində bütün tədbirlərin görüldüyünü deyən Yusifzadə əlavə edib ki, “Günəşli” platforması 1984-cü ildə tikilib və istismar müddəti 50 ildir: “Hazırda orada işlək vəziyyətdə 28 quyu var. Onların 24-ü neft quyusudur, digərləri isə qaz quyusu. Biz o platformadan gün ərzində 1 milyon 80 min kubmetr qaz, 900 ton neft alırıq. Yanğın başlayan kimi qaz gələn kəmərlər bağlandı. Yanan qaz kəmərin içində qalan qaz idi”.

Jurnalistlərin sualına cavab olaraq, Xoşbəxt Yusifzadə bildirib: “Kəmər güclü küləyin təzyiqi altında partlayıb. Təxribatın olmasına şəxsən mən inanmıram”, – deyə o bildirib.

X. Yusifzadə bildirib ki, ölkə başçısının tapşırığına əsasən yaradılan müvafiq komissiyaya Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri də daxildir və bu versiya araşdırılacaq.

SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kömək təklifinə cavab verib.Yusifzadə Azərbaycanın yanğını öz gücünə söndürmək imkanında olduğunu bildirib: “Heç kimdən kömək istəməyəcəyik. Problemi öz qüvvəmizlə həll etmək imkanımız, yanğını söndürmək gücümüz var”.

SOCAR-ın digər vitse-prezidenti Xaliq Məmmədov itkin düşənlərin axtarış işləri ilə bağlı məlumat verib. Onun sözlərinə görə hazırda Sərhəd Qoşunlarının 7, FHN-in isə 4 helikopteti itkin düşənlərin axtarışlarını davam etdirir: “Baş nazir Artur Rasiadə SOCAR-a gəlib, hesabatı dinləyib. Qazaxıstan, İran və Rusiya sərhəd qoşunlarından xahiş olunub ki, itkin düşənlərin axtraşına qoşulsunlar, çünki onların ərazisinə keçmiş ola bilərlər”.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev xilasetmə işləri barədə məlumat verib bildirdi ki, hava şəraitinin kəskin pis olması helikopterin platformaya oturmasına və xilasedici gəmilərin ora yaxınlaşmasına imkan verməyib: “4 helikopter və şəxsi heyət 29 nəfərin axtarış işlərini aparır. Hazırda yanğının söndürülməsi işləri də davam etdirilir”.

Etibar Mirzəyevin sözlərinə görə, qəza baş verən platformadan 40 km aralıda helikopter tərəfindən neftçilərə məxsus olduğu güman edilən əşyalar aşkarlanıb: “Ora FHN işçiləri göndərilib. Dənizdə olan bütün gəmilər itkin düşənlərlə bağlı məlumatlandırılıb”.

Etibar Mirzəyev bildirib ki, FHN-in yanğınsöndürən gəmiləri hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.Nazir müavini itkin düşənlərin axtarışının da davam etdirildiyini bildirib. Onun sözlərinə görə, axtarışa FHN-in 3,

10-cu platformada baş verən faciənin bəzi təfərrüatları məlum olub. Neftçilərin musavat.com-a verdiyi məlumata görə partlayışa səbəb güclü külək olub. Qaz borularından biri güclü küləyə tab gətirə bilməyib və qırılıb. Bu zaman partlayış baş verib. Yanğın qısa zamanda bütün platformanı bürüyüb.

Partlayış zamanı yaxınlıqda olan neftçilərdən ölən və xəsarət alanların olduğu iddia edilir.

Yanğından qorunmaq istəyən fəhlələr platformada olan rezin qayıqları dənizə sallayaraq xilas olmağa çalışıblar. Platformada olan iki rezin qayıq kəndirlərlə dənizə buraxılıb. Lakin şiddətli küləyin yaratdığı 6-7 metrlik dalğalar qayıqların suya salınmasına imkan verməyib.

Birində 30-a yaxın, digərində isə 36 neftçinin olduğu qayıqlar saatlarla platformanın kənarında asılı qalıb.

Neftçilərin əksəriyyətində xilasedici jilet olmayıb. Hündür dalğalar qayıqları platformaya çırpıb.

Neftçiləri xilasa gələn vertolyotlar yanğına görə, gəmilər isə güclü külək və dalğa səbəbilə neftçilərə yaxınlaşa bilməyib.

Qayıqlardan birinin ipi qoparaq dənizə düşüb. 36 neftçi dalğalar arasında qalıb. Onlardan 4 nəfəri xilas edicilər tərəfindən səhər saatlarında tapılıb. Digər 32 nəfərdən xəbər yoxdur. Çıxarılan 4 nəfərin xilasedici jileti olub. Onlardan da biri soyuqdan ölüb.

Digər qayıqda olan neftçilər xilas edilib. Onların sayının 26 olduğu bildirilir. Hazırda platformada yanğın davam edir. Partlayış zamanı ölənlərdən xəbər yoxdur.

Məlumatı verən neftçilər deyir ki, ölənlərin sayı 35-dən çoxdur.

Bu arada “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə aparılmış xilasetmə tədbirlərinin ilkin nəticələri haqqında məlumat yayılıb. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş verib.

Qəza baş verəndən indiyə kimi görülmüş genişmiqyaslı yanğınsöndürmə və xilasetmə işləri nəticəsində 32 nəfər təxliyyə olunmuş, bir nəfərin cəsədi tapılmış, onlar dənizdən çıxarılaraq sahilə göndərilmişlər. Xilas edilmiş və axtarışı davam etdirilən SOCAR əməkdaşlarının 5 dekabr saat 19 radələrinə olan siyahıları aşağıda verilir.

Hazırda xilas olunanlar:

1 Məmmədov Allahverdi İmran o. 29.07.1976

2 Mustafayev Elşən Elxan o. 04.11.1983

3 Əliyev Gündüz Əmir o. 11.12.1955

4 Abbasov Mais Məşədibaba o. 14.02.1970

5 Kərimov İlqar Ağali o. 10/091964

6 Əliyeva Məlahət Mirələm q. 01.11.1971

7 Mehdiyev İsmayıl Ələkbər o. 26.04.1976

8 Orucov Rəman Atakişi o. 13.04.1985

9 Şahbazov İltifat Dursun o. 27.02.1959

10 Abbasov Heydər

11 Cabbarov Sadiq

12 Mikayılov Seymur Mirsəməd o. 30.07.1980

13 Məlikov Ehtiram Əliş o. 30.03.1975

14 İbrahimov Rəşid Eynulla o. 15.12.1964

15 Əsgərov Telman Məmmədağa 28.08.1962

16 Hüseynov Rəşid Ağahüseyn o. 04.07.1971

17 Qarayev Coşqun Möhsün o. 20.10.1981

18 Paşayev Əzimzadə İsa o. 04.06.1956

19 Məmmədov Malik Gülhəsən o. 17.07.1958

20 Rəcəbov Mərdan Abid o. 16.12.1959

21 Quliyev Əlirəhman Hüseynağa o. 30.01.1982

22 Dadaşov Ədalət Yusif o. 16.04.1971

23 Babayev Bəhruz Əli Abbas o. 26.07.1977

24 Rüstəmov Tahir Səfər o. 28.01.1963

25 Sarıyev Vidadi Fikrət o. 25.02.1981

26 Alanurov Xayyam Bahlul 02.12.1984

27 Cəfərov Faiq Əbdülhüseyn o. 13.04.1973

28 Əliyev Ənvər Əmiraslan o. 27.01.1968

29 Yusibov Roman Yaşaroviç 20.03.1985

30 Yusifov Mahal Söhrab o. 16.04.1970

31 Əhmədov Asif Xavər o. 23.06.1985

32 Tarverdiyev Kamran Takıb o. 23.06.1971

33 Ələkbərov Bəxtiyar Söhrab o. 29.06.1962

Axtarışı davam etdirilənlər:

1 Qasımov İman Şura o. 01.12.1967

2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958

3 Quliyev Fəxrəddin Xancan o. 05.01.1957

4 Rzaxanov Edik Rivazin o. 15.01.1983

5 Babazadə Tural Fətəli o. 01.09.1993

6 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953

7 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971

8 Qasımov Bayram Mirzəağa o. 20.03.1978

9 Abdullayev Adil Ələkbər o. 19,02,1953

10 Tağıyev Fuad Tahir oğlu 23.02.1981

11 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954

12 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973

13 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978

14 Niyazov Seyfəddin Abil o. 09.02.1968

15 Babayev Mikayıl İsmayıl o. 06.11.1963

16 İskəndərov İnqilab Osman o. 29.11.1957

17 Mahmudov Ağa İzzət o. 24.03.1968

18 Mayborda Oleq Akimoviç 21.11.1971

19 Mayılov Samir Cahangir o. 07.03.1984

20 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962

21 İbrahimov Xalid Bəşir o. 12.08.1971

22 Həsənov Zaur Vahid o. 24.12.1975

23 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967

24 Hüseynov Bəhlul Sirac o. 25.11.1969

25 İsgəndərov Habil Tağı o. 05.03.1965

26 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981

27 Həsənov Ramiz Nüsrəddin o. 02.08.1965

28 Xəlilov Zaur Arif o. 15.09.1975

29 Sahmarov Sahib Güloğlan o. 02.08.1973

30 Əliyev Əyyub Xəlil o. 22.07.1973

-----------------

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumat yayıb.

AzərTac xəbər verir ki, respublikamızda hava şəraitinin kəskin dəyişməsi dənizdə neft-qaz əməliyyatlarının həyata keçirilməsində ciddi çətinliklər yaradıb. Dekabrın 4-də Şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü 9-10 metrə çatıb. Saat 17.40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələyib və şiddətli yanğın baş verib. Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc, “Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.

Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edib. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirib. Təqribən saat 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınıb. Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Belə ki, saat 08:02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 helikopter hadisə yerinə cəlb olunub. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməyib, 3 və 5 saylı qonşu özüllərə enib. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu “Azal” QSC-yə məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxıb, qayıqdan 26 nəfəri, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürüblər. Beləliklə, cəmi 32 nəfər təxliyyə edilib, 1 nəfərin isə cəsədi sudan çıxarılıb.

Bu gün səhərdən birinci xilasedici qayıqdan dənizə düşmüş insanların axtarışı akvatoriyada olan SOCAR və bp şirkətlərinin, FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN-in helikopterləri vasitəsilə davam etdirilir. Müşahidə zamanı özüldən təqribən 50 kilometr cənubda içərisi boş qayıq müəyyən edilib, bununla bağlı Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər məlumatlandırılıb. SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin başvermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədilə iş üzrə müvafiq ekspertizalar təyin edilib, eyni zamanda, zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın rəhbəri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə təyin olunub. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verilir.

Daha dəqiq məlumatlar araşdırmalardan sonra ictimaiyyətə təqdim olunacaq.

----------

1467276444bd5351ece740 Yazı yenilənir, ən son xəbər əvvəldədir

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə  33 nəfər xilas edilib. Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.

* * *

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə və axtarış tədbirləri davam etdirilir.

APA-nın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı SOCAR,Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumat yayacağı gözlənilir.

Hadisə baş verən zaman özüldə 63 nəfər olub. Onların böyük əksəriyyəti hadisə zamanı ehtiyat qayıqlara toplaşıblar. Hadisə ilə bağlı "Azneft" İstehsalat Birliyində yaradılmış operativ qərargahdan verilən məlumata görə, indiyə qədər qayıqlardan və platformadan 32 nəfər xilas olunub, bir nəfər isə həlak olub.

* * *

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə  32 nəfər xilas edilib.

Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.

Xilasetmə işləri davam edir.

“Reuters” agentliyinin hadisə ilə bağlı yaydığı məlumatda 32 işçinin həlak olduğu bildirilir.

* * *

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 29- nəfər xilas edilib. Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.

Xilasetmə işləri davam edir.

* * *

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 25-dən artıq şəxs xilas edilib.

Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib. Xilas edilənlər arasında xəsarət alan yoxdur.

Xilasetmə işləri davam edir.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur.

* * * 

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə işləri davam etdirilir.

APA-nın əldə etdiyi məlumata görə, xilas edilənlərin sayı 15-ə çatıb.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur.

 * ** 

SOCAR prezidenti Rövnəq Abdullayev və fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev hadisə yerindədir

Hazırda "Günəşli" yatağının yanğın baş vermiş 10-cu blokunda xilasetmə işləri aparılır.

APA-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin və SOCAR-ın canlı qüvvəsi və texnikası yanğın baş vermiş platformaya enib.

Hadisə baş vermiş platformada xilasetmə əməliyyatları başlayıb və artıq 7 nəfər xilas olunub.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

* * * 

"Artıq qayıqlarda olan iki nəfər xilas edilərək xilasedici gəmiyə mindirilib". Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində hadisə ilə bağlı yaradılmış qərargahdan bildirilib.

Məlumata görə, xilasetmə əməliyyatlarına Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və FHN-in əməkdaşları cəlb edilib.

Xilasetmə əməliyyatlarının havadan helikopeterlər, dənizdən isə gəmilər vasitəsi ilə aparıldığı deyilir: "Əldə etdiyimiz məlumata görə, iki nəfər artıq xilas edilərək xilasedici gəmiyə mindirilib".

Qərargahdan SOCAR rəhbərliyinin hələ də hadisə yerində olduğu bildirilib: "Başda şirkətin prezidenti Rövnəq Abdullayev olmaqla bütün rəhbərlik hadisə yerindədir. Xilasetmə əməliyyatları davam etdirilir".

* * * 

Yanğın baş verən platformada qalan işçilər sağ-salamatdırlar.

Bu barədə “APA-Economics”ə “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.

Qərargahdan bildirilib ki, SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerindədir. FHN-nin vertolyotu da hadisə yerinə cəlb olunub, qısa zamanda xilasetmə qayığı oradan götürüləcək.

Bundan başqa, platformada yanğının hələ də davam etdiyi bildirilib: “Dalğalar çox hündür olduğundan yanğınsöndürən gəmilər platformaya yaxınlaşa bilmir”.

* * * 

“Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğın hal-hazırda davam edir.

Hadisə ilə əlaqədar yaradılan qərargahdan Trend-ə verilən məlumata görə, hal-hazırda SOCAR rəhbərliyi hadisə yerinə gedir.

Məlumata əsasən, özüldə olan işçilər yanğın yerindən təxliyə olunub, və onların vəziyyəti yaxşıdı. Onlar hələ də dənizdə xilasetmə qayıqlarda və gəmidə qalıblar.

***

Güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub. SOCAR-dan verilən məlumata görə, hadisə bu gün saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş verib.

Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar. Dənizdə operativ axtarış işlərinə başlanılıb.

Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.

Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.