"Balkanlar Azərbaycan üçün prioritet qaz bazarı olaraq qalacaq" - ARDNŞ

Balkanlar Azərbaycan üçün prioritet qaz bazarı olaraq qalacaq, deyə "New Europe" nəşrinə müsahibəsində ARDNŞ-nin investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, Balkan yarımadası Türkiyədən sonra qazın dərhal tədarük ediləcəyi Avropanın əsas istiqaməti olacaq: "Avropanın digər regionlarına qaz tədarüklərini müqayisə etsək, nəqlin dəyəri baxımından Balkan yarımadası təbii ki, bizim prioritet istiqamətimizdir".

ARDNŞ-nin vitse-prezidenti qeyd edib ki, Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) və Cənubi Qafqaz qaz boru kəmərləri üzrə Azərbaycan qazının Avropa və Türkiyə alıcılarına tədarükü nəzərdə tutulmuş vaxtda həyata keçiriləcək: Onun sözlərinə görə, TAP və TANAP layihələri bir-biri ilə əlaqəlidir və onların həyata keçirilməsi paralel gedir.

E.Nəsirov bildirib ki, TANAP çərçivəsində tikinti işlərinin böyük hissəsi ARDNŞ-nin payına düşür, Dövlət Şirkətinin maliyyə payını Azərbaycan Respublikası Dövlət Neft Fondu təmin edəcək: "Cənub Qaz Dəhlizi" üzrə gələcəkdə Azərbaycanın digər yataqlarından hasil ediləcək qaz nəql ediləcək".

Onun sözlərinə görə, Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsində digər istehsalçıların iştirakını da alqışlayır: "Biz digər istehsalçıların iştirakının əleyhinə deyilik, tədarük həcmləri və buraxılış qabiliyyəti nə qədər çox olarsa, bizim qazımızın tədarük xərcləri də bir o qədər az olar".

"Cənub qaz dəhlizi" Avropaya qaz tədarükü mənbələrini şaxələndirməyə, Azərbaycana yeni bazar əldə etməyə imkan verəcək.

17 dekabr 2013-cü ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə son investisiya qərarı verilib. Yatağın işlənməsinin 2-ci mərhələsi çərçivəsində çıxarılan qaz "Cənub qaz dəhlizi"nin genişləndirilməsi, TANAP və TAP kəmərlərinin tikintisi hesabına Avropaya nəql ediləcək. TAP-ın ilkin gücü 10 mlrd m3, genişlənmə imkanı ildə 20 mlrd m3 olacaq. ТАР səhmdarları bunlardır: BP (20%), ARDNŞ (20%), Statoil (20%), Fluxys (16%), Total (10%), E.ON (9%) və Axpo (5%).(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar