“İcra hakiminin cinayət məsuliyyətinə cəlb olunması haqda göstəriş verin” – PREZİDENTƏ MƏKTUB

Laçın rayonu İcra Hakimiyyəti Başçısının Fətəlipəyə kənd inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi, Qarabağ müharibəsi veteranı Zeynalov Allahverdi Məhərrəm oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi “AzPolitika”ya daxil olan müraciətdə deyilir:

“Cənab Prezident! Sizə Laçın rayon İH-nın başçısı Akif Səlimov haqqında bəzi məlumatları çatdırmaq istəyirəm. Bildirirəm ki, mən 1982-ci ildən oktyabr 2012-ci ilə kimi Laçın rayon İHB-nın Fətəlipəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib, müavin və nümayəndə vəzifələrində işləmişəm. Məni qeyri-qanuni olaraq öz vəzifəmdən azad etdilər. Dəfələrlə müraciət etsəm də, səsimi Sizə çatdıra bilmədim. Nəhayət, məcbur olub məhkəməyə müraciət etdim. Uzun çəkən məhkəmə proseslərindən sonra mənim iddiam məhkəmələr tərəfindən təmin edildi.

1.10.09.214-cü il №2-1(106)105/2014 Azərbaycan Respublikası adından Qərardad - Şirvan şəhəri. Şirvan Apellyasiya Məhkəməsi.

2.26.01.2015-ci il №2-1(86)84/2015 Azərbaycan Respublikası adından Qərar. Şirvan şəhəri. Şirvan İnzibati-İqtisadi Məhkəməsi.

3.04.05.2015-ci il №92/15 Könüllü icra barədə bildirişi və icraata başlamaq haqda qərarı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Laçın rayon İcra qrupu.

4.01.10.2015-ci il №2-1(106)-268/2015 Azərbaycan Respublikası adından Qərardad. Şirvan şəhəri. Şirvan Apellyasiya Məhkəməsi.

Nəzərinizə çatdırım ki, məhkəmə gedən ərəfədə Sizin tərəfinizdən rayon İcra başçısı dəyişdirildi. Yeni başcı təyin ediləndən 4gün sonra mən onunla görüşdüm. Vəziyyəti bilirdi. Mənə bildirdi ki, məlumatım var, səni qeyri-qanuni işdən azad ediblər. Mənim dövlətin qanunlarına hüquqşünas kimi hörmətim var. İddia tələbin məhkəmə tərəfindən yerinə yetirilən kmi səni öz vəzifənə bərpa edəcəyəm.

Yuxarıda qeyd etdiyim kimi məhkəmələr mənim haqlı iddiamı təmin etdilər. Ancaq nə fayda?

1432116343_akifDəfələrlə Akif Səlimovla görüşsəm də, bir az gözlə dedi. Sentyabr 2015-ci ilin ortalarında onunla Ağcəbədi şəhərində (Taxta Körpüdə) görüşdüm. O, mənə yenə də - Allahverdi, qarşıdan Milli Məclisə seçkilər gəlir, sən aktiv bir şəxs kimi bizə kömək et. Seçki qurtaran kimi - noyabrın 5-də və ya da 6-da səni işinə bərpa edəcəyəm- dedi. Ancaq noyabrın 5-i və 6-sı hələ çatmamış mənə Şirvan Apellyasiya məhkəməsindən məktub gəldi və mən oktyabr ayının 1-nə məhkəməyə dəvət edildim. Akif Səlimov cənabları öz şəxsi imzası ilə iddia ərizəsi yazmış (və yaxud yazdırmış) və əlavə başqa bir ərizədə güya Laçın rayon İcra Hakimiyyətində hüquqşünas çatışmazlığı ilə Şirvan şəhər Apellyasiya Məhkəməsini aldadaraq (Məhkəmədə qəsdən yalan ifadə verənlər cinayət məsuliyyəti daşıyırlar) bildirmişdir ki, Laçın rayonunda hüquqşünas çatışmazlığına görə üzürlü səbəbdən iddia verilməmişdir və müddətin bərpa edilməsi üzürlü səbəbdən buraxılmışdır.

Mən məhkəmə iclasında iştirak etdim. Laçın rayon İcra Hakimiyyətinin hüquqşünaslarından heç biri - nə şöbə müdiri, nə də şöbənin məsləhətçisi iştirak etmədilər. Mən onlardan soruşanda dedilər ki, onlar məhkəmə haqda məlumatlı olmayıblar.

Hörmətli Prezident! Mən Məhkəmə Heyətinin nəzərinə çatdırdım ki, Akif Səlimov başda olmaqla, hüquqşünaslar və başqaları yanvar ayından hal-hazıra kimi hamısı Qarabağda müharibədədirlər. Heç mənim başqa məhkəmə iclaslarımda da iştirak etməyiblər. Sonradan mənə məlum oldu ki, iddia ərizəsini başçı başqa hüquq-mühafizə işçilərinə yazdırıbmış. Bu nə qədər qanunauyğunluqdur?

Möhtərəm Prezident! Azərbaycan dövlətinin bütün qanunları Azərbaycan Respublikası Konstitusiyasının müddəaları ilə təsbit olunur. Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Dövləti adından verilmiş məhkəmə qərarları müzakrə olunmur və dərhal yerinə yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində deyilir:

1. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

2. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

3. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

Cənab İlham Əliyev! 1992-ci ildə BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pislədi və Sizin təbirinizcə desək, erməni daşnaklarının bu torpaqlardan rədd olub getməsini tələb etdi. Ancaq düşmən erməni daşnakları BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini yerinə yetirmədi. Çünki onlar ermənidirlər.

Bu gün Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Dövlətinin qanunlarını, Ulu Öndərimizin və Sizin gündəlik göstəriş və tapşırıqlarınızı yerinə yetirməyən Akif Səlimov cənabları Azərbaycan dövlətinə düşmən deyilmi? Bu gün Azərbaycan qanunlarını, məhkəmə qərarlarını, məhkəmə qətnamələrini qəsdən və qərəzçiliklə yerinə yetirməyən icra başçısı Azərbaycan dövlətinə hörmətsizlik və sayğısızlıq etmirmi? Eybi yox. Qisas qiyamətə qalmaz. Azərbaycan qanunlarını pozan, Sizin göstərdiyiniz etimadı yerinə yetirməyən, o etimada xəyanət edən Akif Səlimov cənabları yəqin ki, bir gün Sizin tərəfinizdən cəzalanacaqdır. Mən Akif Səlimov cənablarına bildirmişəm ki, Azərbaycan Dövlətinin Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə əsasən and içir. Ancaq Siz Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Dovlətinin Qanunlarını pozursunuz.

Möhtərəm Prezident! Sizdən xahiş edirəm ki, Azərbaycan Dövləti adından verilmiş Məhkəmə qətnaməsini və qərardadlarını, İcra qrupunun qərarlarını qəsdən və qərəzçiliklə yerinə yetirməyən Laçın rayon İHB-nın başçısı Akif Səlimovu Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 2-ci bəndini əsas tutaraq Azərbaycan Respublikası Cinayət məcəlləsinin 306-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətinə cəlb olunması haqda hüquq-mühafizə orqanlarına göstəriş verəsiniz.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar