Suyun altında axtarışa başlanıldı

Dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərin axtarışı istiqamətində aparılan bütün cəhdlərə baxmayaraq nəticə əldə olunmayıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə "Azneft"Istehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib. O qeyd edib ki, iki istiqamədə axatarışlar tam sürəti ilə davam edir.

"Gəmirlərlə iş gecə davam edib. Bu gün səhər 1 N-li geofizika gəmisi suyun altında axtarışa başalyıb. Bu gün havanın sabitləşməsi imkan verir suyun altında axtarış davam etsin. FHN helikopterləri axtarışı davm etdirir. 7 gəmi yanğının söndürülməsi işini davam etdirir. FNH naziri, Sərhəd Qoşunlarının rəhbərliyi şirkət rəhbərliyi müşavirə keçirirlər", - o bildirib.

A.Ağarəhimov deyib ki, hava şəariti gəmilərlə və helikopterlə axtarışı davam etdriməyə imkan verir: "Buzovna ərazisində boş gödəkçələr tapılıb ama sonra məlum oldu ki onlar SOCAR-ın işçilərinin deyil, balıqçı gödəkçələr olub".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar