Xəstəxanadan müalicə alan neftçilərlə bağlı AÇIQLAMA

Nadir Mehdiyev: Müayinə nəticəsində heç kəsdə psixoloji problem aşkar olunmayıb

"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlardan evə buraxılan 21 nəfər növbə ilə bu gün Mərkəzi Neftçilər Xəstəxanasına gələcək. Artıq 10 yaxın xəstə yenidən müayinədən keçib". "Report" xəbər verir ki, xəstəxananın baş direktor müavini Nadir Mehdiyev jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, xəstələr üçün artıq psixoloq ayrılıb: "Xəstəxanada müalicə alan 9 nəfərdən ikisi bu gün evə buraxılacaq. Digərlərinin isə yəqin ki, 2 -3 günə evlərinə getmələrinə icazə veriləcək. Xəstələr arasında zədələrə görə əmək qabiliyyətini itirən yoxdur. Sadəcə psixoloji zədələnmə ola bilər, bu da normaldır. Lakin müayinə nəticəsində heç kəsdə psixoloji problem aşkar olunmayıb".

N.Mehdiyev əlavə edib ki, xəstəxanada yatan 4 neftçi cərrahiyyə şöbəsində, 2-si lor, 3-ü isə terapiya şöbəsində müalicəsini davam etdirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar