NEFTÇILƏRİN MEYİTLƏRİ SUDAN BELƏ ÇIXARILIR - VİDEO

"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar itkin düşənlərin axtarışı davam edir. Fövqəladə Hallar Nazirliyi əməliyyatından videogörüntülər yayıb.Videogörüntülərdən helikopterlə axtarış tədbirləri əks edilib. Xilasedicilər xüsusi kəndirlərlə dənizə düşür və neftçilərin cəsədlərini bağlayaraq helikopterə çəkirlər.

Dekabrın 4-də Xəzərdə“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən faciə zamanı itkin düşən 29 nəfərdən 6-nın meyiti tapılıb. Ümumilikdə 7 nəfər ölüb.

Meyiti tapılanlar aşağıdakılardır:

Tağıyev Fuad Tahir oğlu,

Mahmudov Ağa İzzət oğlu

Babayev Mikayıl İsmayıl oğlu

Mayılov Samir Cahangir oğlu

Quliyev Fəxrəddin Xancan oğlu

İsgəndərov Habil Tağı oğlu

Həsənov Ramiz

23 nəfər itkin düşmüş hesab edilir, 33 nəfəri isə xilas etmək mümkün olub.

------------

SOCAR-ın “Günəşli” yatağının 65-70 kilometrliyində FHN-in helikopteri tərəfindən meyiti tapılan daha dörd neftçinin şəxsiyyəti müəyyən olunub.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsindən APA-ya verilən xəbərə görə, bunlar 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğludur.

Qeyd edək ki, bu gün saat 13:20 radələrində FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib.

Onlardan Tağıyev Fuad Tahir oğlu (23.02.1981) və Mahmudov Ağa İzzət oğlunun (24.03.1968) cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar