İki neftçinin cəsədi təhvil verilib, yanğın davam edir - Operativ qərargah

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 6-nın cəsədi tapılıb.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 16:00-a olan məlumata görə, xilasedicilər tərəfindən itkin düşmüş 29 nəfərdən 6-nın cəsədi tapılıb. Onlardan ikisinin cəsədi Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə təhvil verilib. Tanınma prosesində məlum olub ki, bunlar Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğludur. Digər dörd nəfərin cəsədi isə Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil veriləcək", - deyə baş mühəndis qeyd edib.

O əlavə edib ki, axtarış tədbirləri davam etdirilir.

B. Ağarəhimovun sözlərinə görə, yanğını söndürmək hələ ki mümkün olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar