Pərviz Həşimli Səbail rayon məhkəməsinə aparılıb (YENİLƏNDİ)

Dünən həbs edilərək MTN-nin təcridxanasına salınan «Bizim yol» qəzetinin əməkdaşı və «Moderator.az» saytının rəhbəri Pərviz Həşimli bu dəqiqələrdə Səbail rayon məhkəməsinə gətirilib və məhkəmənin onun barəsində həbs qətimkan tədbirinin seçəcəyi gözlənilir. Bizimyol.info-nun məlumatına görə, məhkəmə ilə bağlı P.Həşimlinin vəkili Elçin Sadıqova məlumat verilməyib.

Qeyd edək ki, bu gün Pərviz Həşimlinin atası Kamran Həşimovla vəkil Elçin Sadıqov arasında müqavilə bağlanıb.

***

Son məlumata görə, məhkəmə jurnalist barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar