Yanukoviçin ailəsi ölkəni iki təyyarə ilə tərk etdi

Ağ Ev Yanukoviçə tələb göndərdi – qoşunlarını geri çək

Ukraynada radikal müxalifətlə hökumət qüvvələri arasında davam edən toqquşmalar ərəfəsində prezident Viktor Yanukoviçin ailəsi ölkəni tərk edib. “Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə deputat Oleq Lyaşko feysbuk hesabında yazıb: “İndicə mənim Donetsk prokurorluğundakı mənbələrim məlumat verdilər ki, Donetsk aeroportundan Yanukoviçin böyük və kiçik oğullarının ailəsi olan iki təyyarə uçdu.

“Borispol” aeroportunun VİP terminalında “Regionlar Partiyası”nın deputatları Saldo və Povaliy var. Xalqın qəzəbindən qaçırlar. Qoy, o zaman heç qayıtmasınlar”.

Bu arada ABŞ administrasiyası Ukrayna prezidenti Viktor Yanukoviçdən təhlükəsizlik qüvvələrini dərhal Kiyevin mərkəzindən çıxarmağı və müxalifətə dinc aksiyasını davam etdirməyə imkan yaratdığını tələb edib. Bu haqda jurnalistlərə Ağ Evdə brifinq keçirən ABŞ prezidentinin mətbuat katibi Cey Karni bildirib.

C.Karni bildirib ki, Ağ Ev Ukraynadakı qarşıdurmanın bir an öncə dinc məcraya yönəldilməsini vacib sayır: “Rəsmi Vaşinqton Ukrayna Silahlı Qüvvələrini hakimiyyət-müxalifət qarşıdurmasına qarışmamağa çağırır. Ağ Ev düşünür ki, problemi dinc yolla həll etmək imkanları hələ tükənməyib. Güc işlətməklə böhrandan çıxmaq mümkün olmayacaq. Güc işlədilməsin dərhal dayandırmaq, Ukrayna xalqının etirazlarına səbəb olan problemləri aradan qaldırmaq üçün qəti addımlar atmaq gərəkdir”.

Cey Karninin sözlərinə görə, rəsmi Vaşinqton Avropadakı tərəfdaşları ilə Kiyevdə qan tökülməsi üçün məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasına, Ukraynanın bütövlüyünə və müstəqilliyinə yardım etməyə çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar