Fətullah Gülənin Azərbaycandakı gizli işləri

«Onların Azərbaycandakı fəaliyyətləri ABŞ və Israilə xidmət, Islam dinini Qərbin istədiyi formaya salmaq üzərində qurulub»

«Təbrik etməyə gedəcəkləri azərbaycanlı komandir...

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ-da yaşayan din xadimi Fətullah Gülən arasında “soyuq savaş” başlayandan bəri yerli mətbuat iki cəbhəyə ayrılıb. Ərdoğana yaxınlığı ilə tanınan media orqanları “Gülən camaatın”ı, qarşı tərəf isə baş naziri ifşa etməklə məşğuldur. Istər Ərdoğan və onun məmurlarının, istərsə də Gülənin internet məkanında yayılan gizli telefon danışıqları bu qəbildən olan əks-hucumlardır.

Bakıda 1,5 milyonluq enerji konfransı

Növbəti belə ifşaedici məqalə Fətullah Gülənlə, daha doğrusu “Gülən camaatı”nın Azərbaycanda gördüyü işlərlə bağlıdır. “Haber10.com” saytında yer alan məqalədə bildirilir ki, Türkiyə əleyhinə çalışan dövlət və qurumlarla işbirliyini özünün prioritetinə çevirən “Gülən camaatı” bu dəfə də Azərbaycanda Türkiyənin enerji sahəsindəki təşəbbüslərini boşa çıxarmaqla məşğuldur: “Fətullah Gülən qrupunun Azərbaycanda Türkiyənin enerji siyasətinə qarşı ABŞ lobbisi həyata keçirdiyi ilə bağlı sənədlər yayılıb. Bu sənədlərdən ”Gülən camaatı"nın Azərbaycanın enerji sektoruna necə sızdığı bəlli olur. 2013-cü il mayın sonunda Bakıda keçirilən toplantıya ABŞ Konqresindən senatorlar qatılıb. Yaxşı, bunda normal olmayan nəsə varmı? Var! Toplantını kim təşkil edib? Normal olmayan məqam elə budur? “Gülən camaatı”nın ABŞ-dakı “Turkuaz Konsul”u. Toplantının mövzusu nə olub? ABŞ-la Azərbaycanın strateji əməkdaşlığı. Bu toplantı Türkiyədə Gəzi parkı olayları ərəfəsində təşkil olunub. Konfransın baş tutuması üçün amerikalı iştirakçılara pul verilib. Konfransa çəkilən ümumi xərc isə 1,5 milyon dollar olub.

Bax, “Gülən camaatı” bu qədər pulu ABŞ-ın maraqları üçün səpələyir. Və ABŞ-a Kamal Öksüz üzərindən təminat verir. Nəyin təminatını? Agent və ya lobbi fəaliyyətini həayta keçirməyəcəyinin təminatını. Bunu təsdiqləyən sənəd də var. Bu sənəd “Turkuaz Konsul”a aid “IRS 990"nın bir hissəsidir. Camaat Kamal Öksüz vasitəsilə ABŞ-a təminat verir.

Senatorlar Azərbaycana daha bir sənəd gətirib. Bu, Türkiyənin enerji siyasətinə qarşı ABŞ lobbisinin həyata keçirildiyi toplantıya qatılan Cim Bridenstinenin təqdim etdiyi sənəddir.

Azərbaycandakı toplantıda ABŞ-ın enerji maraqları müzakirə olunurkən, bu biri tərəfdən də Gəzi olayları təqib edilib".

“Gülən camaatı” ilə SOCAR arasında ortaq məktəb layihəsi...

Müəllif yazır ki, “Gülən camaatı” Azərbaycana özünün açdığı və bu yolla siyasətini həyata keçirdiyi məktəblər vasitəsilə ilə nüfuz edə bilib: “Təsadüfə baxın ki, ”Gülən camaatı"nın Azərbaycanda təsirləri artdıqca Israil-Azərbaycan arasında nüvə enerjisi ilə bağlı əlaqələr daha da dərinləşirdi. Əliyevlər ailəsinə yaxın olan Xarici işlər naziri Elmar Məmmədyarov 2013-ün aprelində Israilə getdi. Və Israillə Azərbaycan arasında müqavilə imzalandı. Müqavilə Irana qarşı idi. Amma eyni zamanda ABŞ-ın Xəzər enerji hövzəsinə yönəlikdi. Bax, bu mərhələdə də “Gülən camaatı” vəzifəsini konfransla yerinə yetirdi. Israil və Azərbaycan isə hərbi anlaşma imzaladı. Bütün bunların fonunda “Gülən camaatı” Azərbaycanda enerji sektoruna fərqli yollarla nüfuz etdi. SOCAR-la ortaq məktəb açmaq işinə girişdi. Onsuz da 2008-ci ildə Aliağadan gələn nümayəndə heyəti SOCAR-ı ziyarət etmiş, “Gülən camaatı”nın Azərbaycandakı məktəbləri, “Çağ eyitim” bununla çox maraqlanmışdı. Hətta o səviyyədə ki, “Çağ eyitim”in keçmiş müdiri Ənvər Özər PETKIM (neft-kimya layihəsi) ilə maraqlanmışdı. Bu ərəfədə Süleyman Müftügülün üçüncü şəxslərin mənfəəti üçün qurulmuş və özünün heç bir sərmayə qoymadığı firması da Qazaxıstandakı çətinliklərə baxmayaraq, Azərbaycanda əl-ayaq açmışdı. Bəs, bunlardan sonra nə oldu? Əliyev və komandası Islama müdaxilə etməyə başladılar. Baş örtüyünə qadağa qoyuldu!".

Məqalədə bir neçə gün əvvəl Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Fətullah Gülənlə əlaqələrinə dair yayılmış səs yazısına da toxunulub: “Səs yazısında qeyd olunduğu kimi, təbrik etməyə gedəcəkləri azərbaycanlı komandir dekabr ayında təkrarən sərtləşdirilən Islam əleyhinə qərarlara imza atan birisidir”.

Yazıda o da qeyd olunur ki, “Gülən camaatı” uzun illərdir Azərbaycanda iki yönlü fəaliyyət həyata keçirir: “Bunlardan biri - ABŞ və Israil üçün tədbirlər təşkil etmək, digəri Islamı özündən uzaqlaşdırıb onu Qərbin istədiyi formaya salmaq. Bunları həyata keçirərkən də maddi mənfəət əldə etmək, həmçinin Türkiyənin enerji siyasətinə mane olmaq. Yəni bu baxımdan Türkiyəni havayı tranzit yolu görən ölkələrə yardımçı olmaq. Məsələn, qaz xətti ilə bağlı Azərbaycana Gürcüstanı ünvan göstərmək kimi”.

“Azərbaycanlı zabitlərlə münasibətləri Islam və Türkiyə düşmənçiliyi üzərində qurulmuş ortaqlıqdır”

Müəllif yazır ki, “Gülən camaatı”nın Azərbaycanın qərarcah zabitləri ilə olan münasibəti tamamən Islam və Türkiyə düşmənçiliyi üzərində qurulmuş bir ortaqlıqdır: “Xatırlayırsınızsa, Mavi Mərmərə olayından sonra Azərbaycan Israillə münasibətlərinin dəyişməyəcəyini açıqlamışdı. Çünki onlara görə də hökmran Israil və ABŞ-dır. Yoxsa niyə partiyalarının təqdimat toplantısını Israildə keçirsinlər? Niyə Israil parlamenti Azərbaycanın müstəqillik gününü qeyd etsin? Və ya Vaşinqtonda ”Turkuaz Konsul", Israil yetkililəri və Azərbaycan səfiri niyə bir araya gəlib bölgəni müzakirə etsinlər?".(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar