Vergidən yayınan daha bir biznesmen axtarışa verildi

Azərbaycanda vergidən yayınan daha bir biznesmen beynəlxalq axtarışa verilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumata görə, 41 yaşlı Savalan Qarayev vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Saytın əldə etdiyi məlumata görə, S. Qarayev Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olurmuş.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda yerli və əcnəbi iş adamları beynəlxalq axtarışa verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar