Cəmil Həsənli Pərviz Həşimlinin həbsini pisləyir

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli jurnalist Pərviz Həşimlinin həbsini pisləyib. O, Milli Təhlükəsizlik Nazirliyinin bu hərəkətini söz azadlığına təzyiq kimi qiymətləndirib.

“Biz hər dəfə hakimiyyətə sərf etməyən jurnalistlərin narkotik maddə və silah saxlamaq və ya xuliqanlıq kimi uydurma ittihamlarla həbs edilməsinin şahidi oluruq. Məqsəd rejimi tənqid edənlərin neytrallaşdırılması və jurnalistlərin qorxudulmasıdır”, - C.Həsənli bildirib.

Prezidentliyə namizəd hakimiyyəti jurnalistlərə təzyiqlərə və söz azadlığının məhdudlaşdırılmasına son qoymağa çağırıb.

Sentyabrın 17-də MTN əməkdaşları tərəfindən saxlanmış Pərviz Həşimliyə qarşı CM-in 206.3.2 (qaçaqmalçılıq) və 228.2.1. (qanunsuz silahın əldə olunması, ötürülməsi, satışı, saxlanması, daşınması və gəzdirilməsi) maddələri ilə cinayət işi qaldırılıb.

P.Həşimli çərşənbə axşamı Biləcəri qəsəbəsindəki evinin yaxınlığında saxlanılıb. Evdə axtarış zamanı guya silah və hərbi sursat tapılıb.

P.Həşimli Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri, “Bizim Yol” qəzetinin əməkdaşıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar