Bayraq meydanının sabiq rəisinin həbs müddəti artırıldı

resad bayraqDövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun və onunla birlikdə həbs edilən - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər birinin həbs müddəti 3 ay artırılıb.

Qeyd edək ki, adı çəkilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar