Abel Məhərrəmov tələbələri belə hədələdi- "Səni elə qovaram..." -Fotolar+VİDEOLAR

BDU-nun rektoru Abel Məhərrəmovun narazı tələbələrlə görüşündə müxtəlif çıxışlar olub. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, çıxış edən tələbələrdən biri bildirib ki, müəllim ondan 70 manat rüşvət istəyib. Tələbə onu da vurğulayıb ki, "Mən Qarabağ şəhidinin qızıyam. Və mənim rüşvət vermək üçün pulum yoxdur".

Tələbənin çıxışı onun zaldakı yoldaşları tərəfindən alqışlarla qarşılanıb.

Ancaq BDU-nun rektoru həmin çıxışa cavab olaraq, bildirib ki, tələbənin rüşvətlə bağlı dediklərinə inanmır və həmin tələbəni məhkəməyə verəcək.

Son məlumata görə, BDU rektoruyla tələbələrin görüşü sona çatıb. Görüşdən sonra BDU-nun mühafizə xidməti tələbələrlə jurnalistlərin ünsiyyətinə əngəl törətməyə çalışıb.

Musavat.com-un əməkdaşı onu da bildirib ki, dünən saxlanılaraq bu gün səhər buraxılan fəal tələbə Hüseyn Novruzov yenidən sürüklənərək naməlum istiqamətə aparılıb.

----

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov hazırda tələbələrlə görüş keçirir.

“Qafqazinfo” xəbər verir ki, kredit sistemilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədilə Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü davam edir.

Qeyd edək ki, dünən universitet tələbələri Nazirlər Kabinetinin alt qrupda əlavə pul ödəmələri ilə bağlı qərarına etiraz edərək nümayiş keçirmişdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar