"Tamamilə absurd, ağlagəlməz və cəfəngiyyatdır” - ABŞ səfiri

Riçard Morninqstar ABŞ Senatının iki işçisinin Azərbaycana kəşfiyyat məqsədilə səfər etməsi barədə məlumatlara münasibət bildirib

“ABŞ Senatının iki işçisinin Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə yazılanlar tamamilə absurd, ağlagəlməz və cəfəngiyyatdır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Diplomatın sözlərinə görə, bu barədə yazanlar ABŞ-la Azərbaycan arasında münasibətlərə mənfi təsir etmək istəyirlər: “Biz buna yol verməyəcəyik. ABŞ-ın əsas prioriteti Azərbaycanın suverenliyi və sabitliyini dəstəkləməkdir. Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik, bu əməkdaşlığı genişləndirəcəyik. Bəzi vaxtlarda ölkələrimiz arasında hansısa məsələlər ortaya çıxır, amma biz düşünürük ki, bu normal münasibətlərdir, bütün ölkələr arasında müzakirəyə ehtiyacı olan məsələ ortaya çıxa bilər. Məsələn, demokratiya ilə bağlı vaxtaşırı hansısa məsələlər ortaya çıxır. Amma nəzərə alaraq ki, biz güclü tərəfdaşlığa nail olmuşuq, möhkəm ikitərəfli əlaqələrimiz var”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar