Yuliya Timoşenko həbsdən azad edildi

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko həbsdən azad edilib. Virtualaz.org saytı korrespondent.net nəşrinə istinadən bildirir ki, Ali Rada sabiq baş nazirin ittiham olunduğu maddəni Cinayət Məcəlləsindən çıxarıb.

Ukrayna parlamenti Yulia Timoshenkonun həbsdən buraxılmasına səs verib.

Xatırladaq ki, Y.Timoşenko 2011-ci ilin oktyabrında 7 il həbs cəzasına məhkum edilmişdi. O, 2009-cu ildə Rusiya ilə qaz müqavilələri imzalanarkən səlahiyyət həddini aşmaqda ittiham olunurdu. Sabiq baş nazir 2011-ci ilin dekabrından bəri Xarkovdakı Kaçanovsk kolonunda cəza çəkirdi. Həmin ilin mayında Timoşenkonun səhhətində problem yarandığından o, Xarkovdakı “Укрзалізниці” xəstəxanasında müalicə olunurdu.

Avropa Birliyi onu azad etməyə çağırsa da prezident Yanukovich bu çağırışları rədd edirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar