MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ LƏĞV OLUNDU, 2 YENİ QURUM YARADILDI - Şok qərar- YENİLƏNİR

Prezident İlham Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv olunub. Bu barədə "AzPolitika.info"ya hökumətə yaxın mənbələrdən məlumat verilib.

Məlumatda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizlik Xidməti yaradılıb. Fərmanın yaxın vaxtlarda elan olunacağı gözlnilir. Detallar barədə məlumat verəcəyik.

Eyni zamanda "AzPolitika.info"ya verilən məlumata görə, MTN-nin Əks- Kəşfiyat idarəsinin ayrıca bir struktura çevrilməsi nəzərdə tutulur. Bu barədə də prezidentin xüsusi fərmanı gözlənilir.

***

Medet Quliyev 200910-1Qeyd edək ki, "AzPolitika.info"nun bir qədər əvvəl yaydığı məlumatlar artıq təsdiqlənib. Belə ki, bir qədər əvvəl "Azərtac" Prezidentin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin təyin olunması barədə sərəncam imzaladığına dair məlumat yayıb.

Sərəncamda bildirilir:

-Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin.

Bundan əlavə, "Azərtac" Prezidentin Xarici Kəşfiyyat Xidmətinin rəisinin təyin edilməsi haqqında sərəncam imzaladığına dair məlumat yayıb. Sərəncamda bildirilir:

-Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

Orxan Sedyar oğlu Sultanov Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilsin.

Göründüyü kimi MTN ləğv edilərək, yerində 2 yeni qurum yaradılıb: Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti!

Ancaq maraqlıdır ki, rəsmi saytlar hələlik Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunması və onun yerində yeni qurumların yaradılması ilə bağlı prezidentin fərmanlarını yaymayıblar.

****

publika.az1425999773ilham  serencamBir qədər əvvəl rəsmi saytlar Prezidentin "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında" fərmanını yayıblar.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılsın.

2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə tapşırılsın ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasının 2015-ci il və 2016-cı il dövlət büdcələrində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin 2015-ci və 2016-cı illərdə fəaliyyətinin maliyyələşməsini təmin etsin;

3.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təşkili üçün maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin;

3.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Elman

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar