YANUKOVİÇ İSTEFA VERMƏDİ, İMPİCMENT EDİLDİ - Timoşenko MAYDANDA -VİDEOLAR

Ukraynanın keçmiş Baş naziri Yulia Timoshenko Xarkovdan birbaşa Maydana gəlib. Göz yaşları içərisində çıxıç edən Yuliya Timoşenko xalqa təşəkkür edib. Və bu inqilabın bütün possovet məkanına yayılaçağını bəyan edib.

 

Yanukoviçin bunklerdən gələn hədələrinə Ali Radanı bütünlüklə nəzarətinə alan müxalifətin tədbiri çox yubanmadı.

Müraciətdən cəmi 15 dəqiqə sonra Ukrayna parlamenti prezidentin impiçmenti məsələsini müzakirəyə çıxararaq 296 lehinə, 4 səs əlehinə olmaqla qəbul etdi.

 Bununla da Ukraynada Yanukoviç erası başa çatdı.

Konstitusiyaya uyğun olaraq, hazırda dövlət başçısının səlahiyyətlərini Ukrayna Ali Radasının sədri qismində Aleksandr Turçinov icra edir.

APA-nın Korrespondent.net-ə istinadən verdiyi xəbərə görə, bunu “Batkivşina” fraksiyasının lideri Arseniy Yatsenyuk mətbuata açıqlamasında bildirib.

Qeyd edək ki, bu gün 112 Ukraina telekanalına müsahibəsində Ukrayna prezidenti Viktor Yanukoviç ölkəni tərk etmədiyini və istefa vermədiyini bəyan edib.

----

Yanukoviç:  “İstefa vermirəm, sona qədər mübarizə aparacam”

Ukrayna prezidenti Yanukoviçin istefa verməsi ilə bağlı xəbər onun özü tərəfindən təkzib olunub. Televiziya vasitəsi ilə çıxış edən Yanukoviç deyib ki, istefa vermək fikrində deyil, sonuna qədər mübarizə aparacaq. Onun hazırda Xarkov şəhərində olduğu da bildirilir.

Prezident V.Yanukoviçin teleçıxışının məzmunu: "Mən əlimdən gələni etdim ki, ölkədə qan tökülməsin. Mən dünən gec saatlarda Xarkova gəldim. Heç kimə heç nə deyə bilmədim. Çünki islər çox idi. Hər dəqiqə xaricdən zəng gəlirdi. Her kəslə danismaq lazim idi. Mən bura tərəfdaşlarımı görməyə gəldim. Mən istəmirəm ki, ölkədə qan axsın. Mən öz tərəfdaslarımı qorumaq məcburiyyətindəyəm. Məni və bizi banditler izləyir. Həyatım təhkukədədir. İnanıram ki, düzgün qərarlar qəbul olunacaq. Tərəfdarlarım mənə zəng edirlər. Onlara dedim ki, həyatımız təhlükədədir. Bizim icimizdə satqınlar varıydı. Məni içıridən də satdılar. Hazirda partiyamız böyük itkilər verib. Bu gün xeyli insanın partiyadan çıxması haqda xəbərlər doğrudur. Onların çoxu ailə üzvləri üçün narahatlıq keçirir. Bir daha bildirirəm ki, bütün bunlar basqı altında həyata keçirilir. Ancaq təbii ki, satqınlar da var. Mən indi bu haqda danışmaq, kimində adını çəkmək istəmirəm. Yaşananları onların vicdanına buraxıram. Bizim partiyamız çox belə çətinlikləri atladıb. 2004-2005-ci illərdə olduqca çətin dönəmlərdən keçmişik. O zaman 200 min insan partiyadan getdi. Ancaq qısa zamanda 600 min yeni qüvvə gəldi. İndi də durum təkrarlanacaq. Milyon yarım üzvümüzdən ola bilər 500 mini partiyanı tərk etsin. Ancaq mən heç bu qədər insanın gedəcəyinə inanmıram. Partiyamız sağlamdır.

Bu gün Ukraynada 30-cu illərdə Almaniyada, Avstriyada nasistlərin hakimiyyətə gəlişinə bənzər olaylar yaşanır. Partiyaları qadağan edirlər – Kommunist Partiyasının, “Regionlar” Partiyasının fəaliyyətinə imkan vermirlər. Bizim partiyanın ölkə üzrə 200 ofisi yandırılıb. Evləri, maşınları yandırırlar, insanları öldürürlər, təqib edirlər. Indi mənim tərəfdaslarımın da evləri yandırılıb. Bu, məni narahat edir. Təhkukə var. Indi biz say olaraq, azaldiq. Amma yenidən güc toplayıb, gələcəkdə hakimiyyətə yenə gəlmək fikrimiz var. Qorxmuram, mən bu ölkənin qanuni seçilmiş prezidentiyəm. Ölkəmi tərk etməyəcəm".

-----

Timoşenko: "Ölkədəki diktatura süqut etdi"

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Xarkovun “Ukrzalnitsi” xəstəxanasını avtomobillə tərk edib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Timoşenko xəstəxana ərazisindən 17:40 radələrində aparılıb.

Onu müdafiəçiləri Andrey Kojemyakin və Sergey Vlasenko müşayiət edib. Sabiq baş naziri 200-dək tərəfdarı qarşılayıb. Timoşenko avtomobilin pəncərəsindən onları salamlayıb.

Bununla belə mətbuat üçün bəyanat və yaxud açıqlama verilməyib.

Hazırda Kiyevə gələn sabiq baş nazirin azadlıqda çəkilmiş ilk fotosu sosial şəbəkələrdə yayılıb.

Ukrayna KİV-in yaydığı məlumata görə, keçmiş baş nazirin azadlığa çıxarkən dediyi ilk sözlər bu olub: “Bu gündən etibarən Ukrayna mənim kimi, Günəşi və aydın səmanı görə biləcək. Çünki ölkədəki diktatura süqut etdi. O, siyasilərin, diplomatların deyil, öz hüquqları, ailələri və ölkələri naminə meydana çıxan insanların sayəsində süqut etdi. Ölkəmizin igid övladları bizim xoşbəxt yaşamamız üçün canlarından keçdilər. Onların bir damla qanının belə hədər getməməsi üçün hamımızın qarşında böyük vəzifə durur”.

Azadlığa çıxan Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko mayın 25-də keçiriləcək prezident seçkilərinə qatılacağını bildirib. “Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Timoşenko Xarkovdan Kievə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, daha əvvəl Xarkov türməsindən çıxan kimi Timoşenkonun birbaşa Kiev- Maydana gedəcəyi açıqlanmışdı.

--------

Ukrayna prezidenti Viktor Yanukoviç bu gün günorta saatlarında istefaya getdiyini açıqlayıb. Onun bu barədə Xarkovda qərar verdiyi bildirilir.

Musavat.com-un məlumatına görə, bu barədə xəbəri Ukraynanın kanal9 televizya kanalı yayıb.

Onun istefa bəyanatı Ali Radanın iclas salonunda oxunacaq.

Avromeydandakı nümayişçilər prezidentin istefa bəyanatını sevinclə qarşılayıblar.

Ukrayna prezidenti Viktor Yanukoviçin istefa verməsi haqqında məlumatı onun rəhbərlik etdiyi "Regionlar" Partiyasından olan deputat Yuri Miroşniçenko da təsdiqləyib.

Musavat.com-un "Euronews" telekanalına istinadən verdiyi məlumata görə, Ukrayna paytaxtı tam şəkildə nümayişçilərin nəzarətinə keçib.

Son məlumatlara görə, Ukraynanın Prezident Administrasiyası da müxalifətçilərin əlindədir.

Yaxın dəqiqələrdə prezident V.Yanukoviçin istefa barədə yazılı bəyanatının mətninin rəsmən yayılacağı gözlənilir.

Ancaq V.Yanukoviçin hazırda Xarkovda, yoxsa, Rusiyada olması tam dəqiqliyi ilə məlum deyil

Batkivşina"nadan olan deputatlardan biri efirdə bəyan edib ki, Yanukoviç istefa verib: "Məncə, sizin haminıza artıq rəsmən bəyan olunacaq ki, Yanukoviç istefa verib, Yuliya Timoşenko isə azadlıqdadır". Bu arada "Azadıq Partiyasının" Tviter səhifəsində yazılıb ki, Yanukoviç istefa verib, deputatlar təcili sürətdə iclas zalına yığılır.

Yanukoviçin ölkəni tərk etdiyi xəbəri də yayılıb. Onun Moskvaya getdiyi deyilir.

------

Ukraynanın müxalifətdə olan “UDAR” partiyasının lideri Vitaliy Kliçko dövlət başçısı Viktor Yanukoviçin Kiyevdən ayrıldığını söyləyib.

Modern.az saytı xarici KİV-lərə istinadən bildirir ki, prezident Yanukoviçin istefasını istəyən müxalif liderlərdən Kliçko, "Yanukoviç bu gün Kiyevdən ayrıldı" deyib. Onun fikrincə, milyonlarla ukraynalı yalnız bir variant görür: o da növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsidir.

Amma Yanukoviçin hara getdiyi bilinmir. Bir sıra mənbələr onun ölkənin şimal-şərqindəki Xarkova getdiyini bildirirsələr də, hələ ki onun dəqiq yeri bilinmir. Onun hətta Kiyevdəki evini də boşaltdığı iddia edilir.

Digər bir məlumata görə, Yanukoviç Rusiyaya gedib və o bu ölkədən siyasi sığınacaq istəyəcək.

---

Ukrayna prezidenti Viktor Yanukoviç Xarkovdadır. Musavat.com-un UNN-ə istinadən verdiyi məlumata görə, bunu prezidentin müşaviri, deputat Anna German deyib. Onun sözlərinə görə, Viktor Yanukoviç Xarkova işgüzar səfərə gedib və dünən axşamdan ordadır. “Bu gün prezident seçicilərlə görüşəcək, televiziya ilə çıxış edəcək. Yanukoviç Xarkovda keçiriləcək qurultayda iştirak etmək niyyətində deyil”.

Viktor Yanukoviçin dünən Ali Radada qəbul edilən qanunları Xarkovda imzalayacağı bildirilir.

------

Ukrayna prezidenti Viktor Yanukoviç xüsusilə etibarlı bir neçə cangüdəninin müşayiəti ilə Xarkova gedib.

Prezident təyyarəsində parlamentin spikeri Vladimir Rıbak və Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyev də var.

Musavat.com-un Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi jurnalistlərə deyib. Onun sözlərinə görə, Yanuokviçin Xarkovda olduğunu bu ölkənin xarici işlər naziri telefon danışığında təsdiqləyib. Nazir prezidentin Xarkovda hansısa görüşdə iştirak etməli olduğunu bildirib.

Dövlət Departamentinin nümayəndəsi hesab edir ki, bunu Viktor Yanukoviçin Kiyevdən qaçması kimi qiymətləndirmək doğru deyil. Çünki, əhəmiyyətli siyasi addımlardan sonra ölkənin şərqindəki “baza”sına səfər etmək Yanukoviç üçün ənənəvidir.

Ukraynanın cənub-şərq bölgəsi deputatlarının konqresində iştirak etmək üçün dünən gecə Kievdən Xarkova gedən prezident Viktor Yanukoviçin Xarkov hava limanında eniş etmədiyi məlum olub. Bəzi Ukrayna KİV-ləri prezident təyyarəsinin fevralın 22-si, saat 04:30 radələrində Birləşmiş Ərəb Əmirliyinin Fuceyra beynəlxalq hava limanında endiyini yazıb.

Xatırladaq ki, Yanukoviçin Kievdən Xarkova uçması barədə ABŞ dövlət departamentinin adı açıqlanmayan mənbəsi məlumat vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar