Qurban Məmmədovun mühakiməsi gələn aya qaldı

Sentyabrın 18-i Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədovun məhkəməsi başlayıb. Qurban Məmmədov iyunun 4-də yol hərəkəti qaydalarını pozma ittihamı ilə tutulub, sonradan ona ifadə verməkdən boyun qaçırmağa məcbur etmə ittihamı da verilib.

“Media forum”a danışan vəkil Süleyman Qasımov hazırlıq iclasında bir neçə vəsatət qaldırdıqlarını söyləyib: “Bəzi şahidlərin adının siyahıdan çıxarılması, bəzilərinin adının siyahıya salınması ilə bağlı vəsatətimiz oldu. Həmçinin Qurban Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 14 gündür bitdiyini, onun faktiki olaraq girov saxlandığını bildirdik. Vəsatətlərimiz təmin olunmadı. Məhkəmə araşdırması oktyabrın 2-də başlayacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar