Prezidentlərin görüşü başa çatdı - FOTO + VİDEO

aliyev_sargsyanİsveçrənin Bern şəhərində keçirilən danışıqların başa çatmasından dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev danışıqların keçirildiyi zalı tərk edib.

Ermənistan prezidenti Serj Sərkisyan isə Minsk Qrupu həmsədrləri ilə müzakirələri davam etdirib.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan bildirib.

V.Akopyan özünün Twitter bloqunda Azərbaycan prezidentinin xarici işlər naziri Elmar Məmmədyarovla zalı tərk etdiyini əks etdirən fotonu da yayıb.

Serj Sərkisyan həmsədrlərlə bir qədər müzakirələr apardıqdan sonra o da danışıqların keçirildiyi İsveçrə hökumət qəbul evini tərk edib.

Bundan əvvəl məlumat yayılmışdı ki, prezidentlərin təkbətək görüşü başa çatdıqdan sonra Minsk Qrupunun həmsədrləri və xarici işlər nazirləri zala dəvət olunub. Danışıqlar bu formatda davam etdikdən sonra prezidentlər mətbuata açıqlama vermədən oteli tərk ediblər.

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsi üzərində gedən işləri 2016-cı ildə də davam etdirmək arzusunun ifadə edilməsi ilə başa çatıb" -bunu isə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Tvitter bloqunda yazıb.

* * *

İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev dekabrın 19-da əvvəlcə İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.

APA-nın "Azərtac"a istinadən verdiyi məlumata görə, görüşdən sonra birgə foto çəkdirilib.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü olub.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.

* * *

ATƏT-in Mİnsk qrupu həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü başlayıb.

APA-nın xəbərinə görə, bu barədə məlumatı Ermənistan dövlət başçısının mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan “twitter” səhifəsində paylaşıb.

Prezidentləri İsveçrənin xarici işlər naziri Didye Burkhalter qarşılayıb. Görüşdə həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edirlər.

Qeyd edək ki, Ermənistan Azərbaycan prezidentlərinin sonuncu görüşü 2014-cü ilin oktyabrın 27-də Parisdə baş tutub.

[gallery columns="5" ids="179436,179437,179438,179439,179440"]

* * * 

Bu gün İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək.

Modern.az xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqların növbəti raundu ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutacaq.

Onu da qeyd edək ki, dialoq ərəfəsində Ermənistan ordusu cəbhə xəttində atəşkəs rejimi intensiv şəkildə pozmaqda davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar