“Təəssüf ki, tərəflərin Qarabağa dair mövqeyi bir-birindən uzaqdır...”

Ermənistan həmsədrlərlə birgə Dağlıq Qarabağ probleminin dinc nizamlanmasına dair danışıqları davam etdirəcək. Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan prezidentlərin Bern görüşünü şərh edərkən deyib.

“Danışıqlara alternativ yoxdur. Berndəki görüşdə tərəflər nizamlanmanın müxtəlif prinsipləri və elementlərinə münasibətdə öz mövqelərini bildirdlər. Təəssüf ki, tərəflərin mövqeyi bir-birindən uzaqdır və ya üst-üstə düşmür” – deyib erməni nazir.

“Ancaq istənilən görüş, xüsusən də prezidentlər səviyyəsində çox mühümdür, çünki bunun alternativi yoxdur” - əlavə edib Nalbəndyan.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar