"Exchange"lərdə son vəziyyət – Dollar 1,6 manata satılır

Azərbaycanda «üzən məzənnə»yə keçidin elan edilməsi özünə dərhal valyutadəyişmə məntəqələrində də göstərib. Amma fins.az-ın əməkdaşının məlumatına görə, məntəqələin heç də hamısı yeni məzənnəyə keçməyə tələsmirlər. Belə ki, Bakıdakı valyuta dəyişmə məntəqələri hazırda 3 rejimdə çalışırlar.

Fins.az-ın əməkdaşı paytaxtın mərkəzindəki "exchange"lərdən müşahidə aparıb. Belə ki, valyuta dəyişmə məntəqələrinin bir qismində hazırda nə alış, nə də satış var. “Echange”lərin bir qismi dolları 1.60 məzənnə ilə satırlar. Ancaq alan yoxdur.

Bəzi valyuta dəyişmə məntəqələri isə dolları köhnə məzənnə ilə, yəni 1.06 manata alırlar. Lakin satış dayandırılıb. Hazırda valyuta dəyişmə məntəqələrinin qiymət siyahısında dolların satış qiyməti göstərilmir. Ancaq köhnə alış qiyməti olaraq 1.055 qeyd edilib.

Valyuta dəyişmək istəyənlər isə dolların satılmamasından narazıdırlar. Alıcılardan biri fins.az-a bildirib ki, “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında “Kredobank” və «Parabank»ın “exchange”inə müraciət etsə də, ona dollar satılmadığı deyilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar