Gilles Ondon Azərbaycan klubunda görünə bilər

Transfer çalışmalarını davam etdirən AZAL baxış üçün daha bir futbolçu dəvət edib. Mətbutda yayılan xəbərlərə görə, baş məşqçi Vaqif Sadıqov Gilles Ondonu sınaqdan keçirir. 27 yaşlı hücumçu ilə bağlı qərar yaxın günlərdə veriləcək.

Bununla bağlı klubun mətbuat xidməti ilə əlaqə saxladıq. Klub rəsmisi futbolçunun bir müddət komandada baxışda olmasını təsdiqləyib:

“Gilles Ondo baxışda olan futbolçuların içində idi. Lakin Ondo bir neçə yoxlama görüşündə özünü yaxşı tərəfdən göstərməyincə Sadıqovun rəğbətini qazana bilməyib və futbolçu geri göndərilib”.

Qeyd edək ki, tam adı Gilles Daniel Mbanq Ondo olan futbolçunun son iş yeri Livanın “Neymeh” klubu idi. O, bu ilin əvvəlində keçdiyi klubda 9 oyuna çıxaraq 651 dəqiqə oynayıb və 4 qola imza atıb. Ondo əvvəllər Fransanın “Oser” (B komandası), Avstriyanın “Eysenştadt”, İslandiyanın “Qrindavik”, Norveçin isə “Stabek” və “Sandnes” klublarında top qovub. 2008-ci ildə ilk dəfə milli komandaya çağırılan hücumçu 4 oyunda forma geyinib. “Transfermarkt” saytı ona 250 min avro qiymət qoyub.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar