Prezident Rusiya-Türkiyə münasibətlərindən danışdı - Yenilənir

“2015-ci ildə dünyada siyasi, iqtisadi və hərbi böhran daha da dərinləşib, qanlı toqquşmalar davam edib”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insan həlak olub, milyonlarla insan qaçqın və köçkün vəziyyətinə düşüb: “Vaxtilə ölkəmiz də bu problemlərlə üzləşib, lakin daxili resurslar hesabına vəziyyətdən çıxıb, qaçqınların həyatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər görülüb. Hazırda qaçqınların üz tutduğu Avropada radikal meyllər, islamafobiya meyllərinin güclənməsi müşahidə olunur. Dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıq Azərbaycanı da narahat edir. Ölkəmiz bu təhlükəli meyllərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracaq.

Dövlət başçısı daha sonra deyib: "Keçən il Rusiya və Türkiyə münasibətləri gərginləşib. Hər iki ölkə Azərbaycanla yaxın qonşudur və vəziyyət arzuedilən deyil”.

Dövlət başçısı bildirib ki, son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsi də ölkəmizi narahat edir: “Bu vəziyyət müsəlman aləmində baş verən hadisələrə təsir göstərir”.

Prezident İlham Əliyev deyib ki, 2015-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran vəzifələr icra olunub: “Ötən il mən 20 ölkəyə, 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər edib. Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar