UKRAYNA SIÇRAYIŞI - Təhlil

Ukrayna uğrunda mübarizə özünün məntiqi sonluğuna yaxınlaşır. Ölkənin Şərq və Qərb ayrıcında, Sovet totalitarizmi və Qərb liberalizmi dəyərləri arasında geostrateji yolunun seçiminin təkan verdiyi son inqilabi hadisələr keçid dövrünü ən azı dövlətin gələcək inkişaf yollarının qəti seçimi baxımından başa çatdırır.

2013-cü ilin dekabr ayının 17-də Yanukoviç rejiminin Avropa Birliyi ilə assosiasiya haqqında sazişi imzalamaqdan imtina etməsi nisbətən sabit Ukraynanı "partlatdı" və ölkədə hakimiyyət dəyişikliyinə səbəb oldu. Inqilabı doğurmuş səbəbləri nisbətən kiçik millətçi qüvvələr təbəqəsinin hərəkətlərinə, Qərbin qəsdinə və Rusiyanın təzyiqinə müncər etmək səhv olardı. Inqilabın nəticəsi Ukrayna xalqının, xüsusilə onun müstəqil Ukrayna şəraitində formalaşmış və Sovet keçmişi və Sovet dəyərlərinin yükü altında olmayan passionar, çılğın gənclərinin şüuru və idrakındakı dəyişikliklərlə ilə şərtləndirilmişdi.

2012-ci ildə parlament (Verxovnaya Rada) seçkilərinin nəticələri bunu təsdiq edə bilər: o zaman parlamentin ön səhnəsinə azad seçkilər nəticəsində seçilmiş Ümumukrayna milli-vətənpərvərlik birliyi "Azadlıq" («Svoboda») və yeni siyasi partiya olan "Zərbə" («Udar») çıxmışdı. Bu, Ukraynanın, sözün tam mənasında, Şərq və Qərbə parçalandığı, həm də ABŞ və Rusiya maraqlarının sözün əsl mənasında bilavasitə qarşı- qarşıya toqquşduğu zaman dramatik 2004-cü il prezident seçkilərindən sonra ukraynalıların dünyagörüşünün necə dəyişdiyinin göstəricisi idi. Şübhəsiz ki, Amerika Birləşmiş Ştatlarının xarici dəstəyi olmadan Viktor Yuşşenko prezident ola və Viktor Yanukoviçi ikinci plana keçirə bilməzdi. Bu situasiya göstərdi ki, siyasi və iqtisadi planda bazar islahatlarının keçirilməsi üçün daxili dəstək kifayət deyildi.

Amma digər tərəfdən, Rusiyanın Ukraynanın daxili işlərinə açıq surətdə, alçaldıcı tərzdə müdaxilə etməsi, ukraynalıların ünvanına indiyədək qədər misli görünməmiş təhqirlərin səsləndirilməsi insanların şüurunda dəyişiklik yaratdı ki, bu da sonradan Yuşşenkoya Ukrayna xalqının özünüeyniləşdirməsi üçün çox işlər görməyə imkan verdi. Hətta Viktor Yanukoviç və Yuliya Timoşenko kimi siyasətçilər ictimai əhval-ruhiyyəni nəzərə almalı və dil və məişət səviyyəsində özlərinin Ukrayna özünüeyniləşdirməsini nümayiş etdirməli idilər. Əsrlər boyu mövcud olmaq hüququnu müdafiə edən Ukrayna dili Qərbi Ukraynada yerini mərkəzə, paytaxtın bütün qurumları və təhsil müəssisələrinə doğru dəyişməyə və digər Rusiyapərəst regionlara yayılmağa başladı .

Qərb və Rusiya arasında "qaz müharibəsi", əslində isə sənayesinin Rusiya qazından həddindən çox asılı olan Ukrayna uğrunda savaş, nəhayət, Energetika Xartiyası çərçivəsində vahid Avropanın qələbəsi və qaz kəmərlərinin diversifikasiyası ilə razılaşmış və digər ölkələrin - keçmiş sovet respublikaları və sosialist satellitlərinin ərazisində qaz kəmərlərinin təkbaşına sahibi olmaqdan imtina etmiş Rusiyanın məğlubiyyəti ilə nəticələndi. Rusiya, hazırda NATO donanmasının hakim mövqe tutduğu Qara dəniz akvatoriyasında özünü hərbi üstünlüyünü itirdi. Ukraynanın qərbyönümlü GUAM, və sonra isə Avropa İttifaqının Mehriban Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı Proqramında iştirakı onu sovet keçmişindən daha da uzaqlaşırdı.

Ukrayna cəmiyyətini Avropa seçiminə təhrik etmiş iki mühüm amili də qeyd etmək lazımdır. Üçüncü minilliyin əvvəlindən başlanmış böhranlı illər bütün çətinliklərə rəğmən özünün Ukrayna və digər MDB ölkələrində formalaşmış oliqarxiya iqtisadi sistemindən daha sabit olduğunu göstərmiş Qərb sisteminin üstünlüklərini nümayiş etdirdi. Və ikincisi, oligarxiya sistemi ehtiyatların qeyri-bərabər paylanması və milli sərvətin talan etməsi ilə cəmiyyətin əksər hissəsində narazılıq doğurmağa başladı. Bu əhval-ruhiyyə bu gün bütün ölkələrdə özünü göstərir və etiraz meylərinin mühüm katalizatorlarında biridir .

İnqilabın kulminasiyası - Yanukoviçin hakimiyyətdən getməsi və yeni hakimiyyətin sürətlə qüvvətlənməsi, ölkənin Şərqinin müqavimətdən imtina etməsi, birinci tranşı $20 mlrd. olmaqla "Marşal Planı"nının Ukrayna variantı çәrçivәsindә Qәrbin çox şey vəd edən yardımı, Rusiyanın yeni Ukrayna ilə əməkdaşlığı davam etmәyә hazır olduğu - ondan xәbәr verir ki, 2014-cü il Ukraynada genişmiqyaslı siyasi-iqtisadi islahatların başlanğıc nöqtəsi olacaq. Onları ona gөrә genişmiqyaslı adlandırmaq olar ki, bir sıra ҝөstәricilәrә gөrә - əhalisi, ərazisi, iqtisadiyyatı və ən əsası, rus titul milləti dә daxil olmaqla, bütün keçmiş sovet xalqlarının ukraynalılara xüsusi hörmətinin olması - Ukrayna keçmiş Sovet İttifaqında Rusiyadan sonra ikinci ən böyük ölkədir.

Ukrayna inqilabının MDB ölkələrinə təsiri

Ukraynanın keçmiş Sovet İttifaqında xüsusi rolunu - Sovet İttifaqının rəhbərliyində, Silahlı Qüvvələrin komanda һeyәtindә, hüquq-mühafizə orqanlarında gözә çarpan dәrәcәdә iştirakı vә üstünlük tәşkil etmәsi və milli maraqların ölkənin ruslaşdırılmasında ifadə olunmuş qeyri-adi yüksək dәrәcәdә pozulmasını nəzərə alaraq demək olar ki, ölkənin budan sonrakı inkişafı keçmiş Rusiya imperiyası məkanı tarixinin gedişinә ciddi təsir ҝөstәrәcәk.

Təsadüfi deyil ki, Rusiya və Belarus ilə birlikdə SSRİ-nin ortadan qaldırılması haqqında Belovejsk razılaşmasını imzalayan üç nәfәrdәn biri Ukrayna oldu. Bu gün Slavyan imperiyasının əsasını təşkil edәn bu ölkələr uzaq keçmişlәri ilә oxşar, lakin real indisi ilә fərqlənirlәr: real parlament müxalifətinә malik indiki Ukrayna, müti parlament müxalifətinin olduğu Rusiya vә müxalifətin olmadığı Belarus. Ukraynada oliqarx-dövlət, Rusiyada dövlət-oliqarx, Belarusda isә dövlət inhisarı idarәetmә sistemi tәşәkkül tapıb. Bütün bu sadalanmış xüsusiyyətlər digər MDB ölkələrinә dә xasdır.

2004-cü il Konstitusiyasını bərpa etməklə, parlament idarəetmə formasının təsbit edilməsi, prezident, sonra isə parlament seçkiləri, Avropa İttifaqı ilə assosiasiya haqqında saziş imzalanması, genişmiqyaslı islahatlar yolu ilə Ukraynanın tam gerçək bir demokratiyaya keçməsi ümumi informasiya, iqtisadi və hətta mədəniyyət məkanında yaşamaqda davam edən postsovet məkanı cəmiyyətlərinin şüurunda ciddi dəyişikliklərə gətirib çıxaracaq.

Bu, insanların şüuru və onların səmtləşməsində 2003-cü ildə Gürcüstandakı "Qızılgül inqilabı"nın yaratdığı dəyişikliyin ondan daha güclü davamı olacaq. Kiyevdə bu gün siyasi ab-havanı yaradan Ukrayna millətçiləri Gürcüstan islahatlarının həmin inkişaf yolunu getməyin zəruri olduğuna inamın formalaşmasına təsir göstərdiyini etiraf edirlər. Bu gün digər ölkələrin - xüsusilə "yeniyetmə" demokratiyası elementlərinin mövcud olduğu Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın - cəmiyyətlərində də eyni ilə bu cür əhval-ruhiyyə formalaşır. Demokratik inkişaf yoluna qədəm qoymuş Moldova və Gürcüstanı, eləcə də dəmir pərdə arxasında saxlanılan orta əsr Türkmənistanını xüsusilə qeyd etmək olar.

Qeyd etmək lazımdır ki, Ukraynanın müxtəlif parametrlər üzrə (etnos, iqtisadiyyat, mədəniyyət, dil, coğrafiya) Rusiya və Belarusa yaxınlığı səbəbindən yeni demokratiyanın təşəkkülü, ilk növbədə, bu ölkələrə öz təsirini göstərəcək. Əgər Saakaşvili rejiminə düşmənçiliyini gizlətməyən Rusiya isteblişmenti onun islahatlarının uğurlarını etiraf etməyə məcbur oldusa, Ukrayna islahatlarının Moskvadakı vəziyyətə hansı və necə təsir göstərəcəyini təsəvvür etmək çətin deyil. Yanukoviç rejiminin qardaş dəstəyini artıq itirmiş Lukaşenko daha da zəifləyib və Rusiya cəmiyyətində son 15 ilin avtoritar tendensiyalarından narazılığın başlanması səbəbindən Moskvanın dəstəyini itirəcək.

Ukrayna islahatlarının, rus sivilizasiyasının beşiyini - Kiyev Rusiyasını itirmiş Moskvanın məğlubiyyətinin və Ukrayna uğrunda mübarizədə qalib gəlmiş Qərb koalisiyasının təzyiq və təsirinin artmasının ictimai rəyə təsiri altında digər ölkələrdə təşkilati nəticələr çıxarılacaq. Amma ən əhəmiyyətlisi, Ukraynanın inqilabi təcrübəsi, Yanukoviçin acınacaqlı taleyi və sonrakı demokratik dəyişikliklər həm postsovet elitaları, həm də cəmiyyət tərəfindən sistemin islah edilməsi zərurətini stimullaşdıracaq. Moskvada "Bolotnoye işi"nə, Qazaxıstanda "tenge" milli valyutasının devalvasiyasına və Azərbaycanda tələbələrin hüquqlarının pozulmasına uyğunlaşdırılmış etiraz çıxışları Maydanın ilk təkanlarının, stimullarının göstəriciləridir.

Demokratiya dəyərlərinə sadiq olmayan, lakin öz praqmatizmi ilə fərqlənən bütün postsovet liderləri kimi, prezident İlham Əliyev, bununla belə, yaranan vəziyyəti, şəraiti nəzərə alaraq öz dünyagörüşünü tədricən dəyişir. Yanukoviç üçün çətin anlarda öz müttəfiqinə iki dəfə dəstək verən Əliyevin (2004-cü ildə Yanukoviçin seçkiqabağı kampaniyasına dəstək və 2013-cü ildə Vilnüsda keçirilən Aİ-nin sammiti ərəfəsində Kiyevə səfər) üçüncü səhvə yol verəcəyi ağlabatan deyil.

Hökumətin Bakıda keçmiş "Sovetskaya" küçəsində park salmaq və nəqliyyat kommunikasiyaları çəkmək məqsədilə oradakı birmərtəbəli evlərin sökülməsi planları ilə əlaqədar yaranmış problemin həllinə son yanaşması Əliyevin şüurunda dəyişikliyin baş verdiyini göstərir. Hələ üç il əvvəl, Basin küçəsində insanlar indiki kimi öz evlərindən çıxarılarkən, müxalifətin etirazları və beynəlxalq çağırışlara baxmayaraq prezidenti sərt davranırdı və bütün evləri sökdürdü və orada Qış bulvarı saldırdı. Bu gün, o hadisədən üç il sonra o, mülkiyyətin toxunulmazlığından danışır və Qərb cəmiyyətinin bu təməl prinsipini qəbul edir.

Əlbəttə ki, digər avtoritar liderlərlə birlikdə Əliyevin ölkənin idarəetmə sistemini dərhal dəyişəcəyini və tez bir zamanda demokratiyaya keçid haqqında fərman verəcəyini düşünmək sadəlövhlük olardı. Lakin bu bir faktdır ki, o, əvvəlki kimi, müxalif əhval-ruhiyyənin qarşısını alaraq, ASAN xidmət, elektron məhkəmə və digər bu kimi Qərb layihələrini həyata keçirərək sistemi sökməyə məcburdur, bu isə bürokratiya, korrupsiyanın təsir dərəcəsini gözə çarpacaq qədər azaldır və qanunun xaliliyi prinsipini apriorilik səviyyəsinə yüksəldir.

Onu da nəzərə almaq lazımdır ki, Qərbin Ukrayna uğrunda mübarizədə irəli sıçrayışı, Azərbaycan da daxil olmaqla, ABŞ və Aİ-nin üstünlüyünün bərqərar olduğu və indi artacağı qalan postsovet ərazisində geniş manevr üçün yol açır. Buna görə də bundan sonrakı ay və illərdə cəmiyyətlərin demokratikləşməsi və hökumətlərin islahı məsələlərində müsbət dəyişikliklər gözləmək olar.(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar